top
Azərbaycanda Barselona Akademiyası: Tərəqqi üçün gözəl imkan Oxu.az
06 aprel 2025, 18:48
- ↺ +

Azərbaycanda "Barselona" Akademiyası: Tərəqqi üçün gözəl imkan

"Barselona" futbol akademiyası, yaxud daha çox tanınan adı ilə "La Masia" dünyanın ən prestijli futbol akademiyalarından biridir. Bura futbolun sadəcə fiziki deyil, eyni zamanda intellektual tərəfdən də inkişaf etdiyini düşünən yanaşma tərzi ilə tanınır. "La Masia" əsl futbolçu konveyeridir, oradan hər il onlarla oyunçu Kataloniya klubunun əsas komandalarına yüksəlir, eyni zamanda dünyanın digər klublarına satılır. "Barselona" çətin zamanlarında məhz akademiya oyunçularının hesabına stabilliyini qoruyub saxlaya bilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Barsa" akademiyasının özəllikləri

"Barselona" akademiyası digərlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bunlardan başlıcası strategiyanın davamlılığıdır. "Barsa" akademiyası uşaq futbolundan peşəkar komandaya qədər eyni sistemə bağlı qalmağı vacib hesab edir. Bu yanaşma futbolçuların uzunmüddətli inkişafına şərait yaradır və əsas komandaya tam uyğunlaşmış oyunçuların yetişməsini təmin edir. Oyun üslubu tiki-takaya uyğunlaşdırılır. Akademiya oyunçulara qısa paslarla oynamaq bacarığını aşılamağa önəm verir. Bu isə müasir futbolun əsas trendlərindəndir. Sistem "Barselona"nın oyun üslubunun əsasını təşkil edir və komandaya beynəlxalq səviyyədə böyük uğurlar qazandırır.

Strategiya üst səviyyədə tətbiq olunur və özünü doğrultmaqdadır. Akademiya dünya futboluna yüzlərlə ulduz futbolçu bəxş edib. Lionel Messi, Xavi və Andres İnyesta kimi "La Masia" yetirmələri 2010-cu ildə "Qızıl top"a namizəd olan yekun "3-lük" idi. Təkcə bu fakt akademiyanın böyüklüyünü ifadə etmək üçün yetərlidir. Üstəlik hər il davamlı şəkildə akademiyadan həm klubun əsas komandasına yüksələn, həm də digər klublara gedən onlarla oyunçu üzə çıxır.

Azərbaycanda "Barselona" akademiyası açılır

Son illərdə klub öz modelini dünya miqyasında yaymağa başlayıb. Hazırda "Barselona" futbol akademiyaları ABŞ, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və bir çox Avropa ölkəsində mövcuddur. Onlardan biri də yaxın gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq.

Ötən ay "Barselona"nın prezidenti Xuan Laporta ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev Laportanı qəbul edib. Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bir neçə gün əvvəl isə "Barselona"nın Avropa, Orta Şərq və Afrika üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər ediblər. Onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı "Barselona"nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Akademiyanın hələ Bakıda, yaxud bölgələrin birində açılacağı dəqiqləşməyib.

Layihənin əhəmiyyəti

Azərbaycan futbolunda əsas problemlərdən biri məhz uşaq futboludur. Daha doğrusu, akademiyaların fəaliyyətinin zəif olması. Hazırda "Neftçi", "Qarabağ", "Sabah" kimi klublar uşaq komandalarına böyük diqqət ayırırlar, Tovuz və Gəncədə akademiyalar açılıb. Lakin istənilən effekti əldə etmək mümkün olmayıb. Əvvəllər "Xəzər Lənkəran", "Bakı" kimi klublar oyunçu yetişdirilməsində lokomotiv rolunu oynayıblar. Onların fəaliyyətini dayandırmasından sonra "Qəbələ" bu işi davam etdirirdi. Lakin bu klubun da maliyyə vəziyyətinin pisləşməsindən sonra yenidən boşluq yaranıb. Qısası, ölkəmizdə uşaq futbolu ilə bağlı vəziyyət yumşaq desək, ürəkaçan deyil.

İndi vəziyyəti dəyişmək üçün münbit şərait yaranıb. Belə bir məqamda ölkəmizdə "Barselona" kimi futbolçu yetişdirilməsində üst səviyyə bacarığa malik klubun akademiyasının açılması obrazlı ifadə etsək, səhrada su tapmaq kimidir. Bu, Azərbaycanda peşəkar futbol sisteminin inkişafı, gənc istedadların üzə çıxması, ümumən futbolumuzun beynəlxalq bazara açılması üçün əhəmiyyətli olacaq.

Əsas amillərdən biri davamlılıqdır

Daha əvvəl qeyd etdiyimiz kimi, "Barselona" akademiyasında əsas amillərdən biri davamlılıqdır. Azərbaycanlı futbolçularda isə məhz bu baxımdan çatışmazlıq hiss olunur. Gənc oyunçular müəyyən yaşa qədər inkişaflarını davam etdirə bilirlər, lakin bundan sonra onların karyerasında durğunluq yaranır. Bu isə daha irəli getmələrinə imkan vermir. Onların karyerasında davamlılığın olmaması ümumi ölkə futboluna mənfi təsir göstərir.

Yerli məşqçilərin də inkişafına təkan verəcək

Belə bir akademiyanın mövcudluğu orada futbolun sirlərinə yiyələnən uşaqlarla yanaşı yerli məşqçilərin də inkişafına təkan verəcək. Eyni zamanda, digər klublarımızın "Barsa" ilə əməkdaşlıq qurmaq perspektivi olacaq. Belə bir akademiyanın mövcudluğu Avropa klublarının Azərbaycan futboluna, istedadlı uşaqlara marağının yaranmasına səbəb olacaq və gənclərimiz diqqət mərkəzinə düşəcəklər. Bu isə futbolçularımızın ölkə xaricinə çıxmasını asanlaşdıracaq. Qurulacaq sistemli və davamlı iş isə yerli futbolçuların legioner həyatı yaşamaqdakı çətinliklərini azaldacaq.

Əlbəttə, bunlar akademiya ilə bağlı ilkin düşüncələrdir. Əsas məsələ "La Masia" sisteminin uğurlu tətbiqidir. Bu isə həm də futbola yanaşmamızın dəyişilməsi ilə mümkün ola bilər. İstənilən halda, belə irimiqyaslı bir layihənin həyata keçirilməsi ölkə futboluna təkan verməlidir. Bu, ölkə futbolu üçün yaxşı bir şansdır və ələ düşən əla fürsətdən ən yaxşı şəkildə yararlanmaq lazımdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

“Beşiktaş”ı aparan təyyarəni ildırım vurub

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Futbol
Bu gün, 11:56

İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarları və Xəyal Əliyevin potensialı

Futbol
Bu gün, 11:47

Sabah futbolçusu Rəhman Daşdəmirov Barselona qarşısında oyunu dəyərləndirdi

Digər
Bu gün, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Boks
Bu gün, 11:40

Keçmiş dünya çempionu Xorxe Linares 10 gün həbsdən azad edildi

Futbol
Bu gün, 11:40

Litvanın Diplomatiya Ulduzu mükafatı Valdas Dambrauskasa‑a təqdim edildi

Futbol
Bu gün, 11:40

Kristian Şevçenkonun oğlu İngiltərənin 7-ci divizion klubu ilə müqavilə bağladı

Futbol
Bu gün, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionлар Liqasının ən yaxşıları sırasında;

Futbol
Bu gün, 11:20

Rumıniya millisinin sabiq baş məşqçisi İordanesku "Uotford"un baş məşqçisi olacaq

Futbol
Bu gün, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Futbol
Bu gün, 11:09

Sabah futbolçusunun zədəsi bu gün açıqlanacaq

Futbol
Bu gün, 11:07

Arsenal, Bavariya’nın Keyni əvəzləyicisini tapdı

Futbol
Bu gün, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Futbol
Bu gün, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib;

Qarabağ FK
Bu gün, 10:44

İspan mətbuatı Bakı Olimpiya Stadionunda “Sabah”–“Barselona” matçının atmosferi, azarkeş reaksiyaları və təhlükəsizlik tədbirlərini dəyərləndirir

Qarabağ FK
Bu gün, 10:43

Kaşuk iki Ukrayna klubunun marağında

Futbol
Bu gün, 10:40

“Sabah” heç kimdən çəkinmir – Barcelona ilə qarşılaşmada cəsarətli yanaşma

Futbol
Bu gün, 10:32

Barcelona Bakıdakı azarkeşlərinə təşəkkür etdi;

Futbol
Bu gün, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Futbol
Bu gün, 10:24

Beşiktaşın təyyarəsi Batumiyə eniş edə bilmədi, uçuş təhlükəli oldu;

Futbol
Bu gün, 10:20

Bayern yeni hücumçu transferini hazırda düşünmür

Futbol
Bu gün, 10:20

Manuel Noyerin yeni sevgilisi məlum oldu

Oxşar xəbərlər