top
Azərbaycan yığmasının sabiq baş məşqçisi: “Avropa çempionatında güləşçilərdən gözləntilərimiz çox yüksəkdir” Report.az
04 aprel 2025, 16:18
- ↺ +

Azərbaycan yığmasının sabiq baş məşqçisi: “Avropa çempionatında güləşçilərdən gözləntilərimiz çox yüksəkdir”

Avropa çempionatında iştirak edəcək güləşçilərdən gözləntilərimiz çox yüksəkdir.

Bunu "Report"a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında iştirak edəcək idmançılarımızdan gözləntiləri haqqında danışarkən deyib.

Mütəxəssis Azərbaycanın yunan-Roma güləşi yığmasının hazırda dünyada və Avropada ən güclülərdən biri olduğunu vurğulayıb:

"Dünən yoxlama görüşləri keçirildi, idmançılar mübariz durumdadırlar. Hər biri məşqçilərin və həkimlərin nəzarəti altındadır. Sadəcə, əvvəlcədən proqnoz vermək çətindir. Amma gözləntilərimiz çox yüksəkdir. Komandanın heyətində dünya və Avropa çempionları, olimpiya mükafatçıları var. Zamanın ən güclü güləş yığmasıdır. Bu cür güclü kollektivin toplanması nadir hallardan biridir".

O, yarış zamanı bəzi amillərin güləşçilərə təsir göstərə biləcəklərini deyib:

"Komandalarımız Avropa və dünyada ən güclülərdəndir. Heyətdə Eldəniz Əzizli kimi 4 qat dünya çempionu iştirak edir. Bundan əlavə, dünya çempionları Nihad Quliyev, Ülvi Qənizadə, 23 yaşadək güləşçilərin Avropa çempionları, həmçinin olimpiya mükafatçısı Həsrət Cəfərov kimi lider yer alıb. Bu gün yunan-Roma güləşi millimiz Avropa və dünyada ən güclü komandalardandır. Ancaq hər yarışın yazılmamış qanunları var. Çəkisalma, hakimlərin ədalətsizliyi, püşkatma məsələsi var. Bütün bunlar yarış zamanı özünü göstərir. Komanda beynəlxalq turnirlərdə iştirak edib. Yüksək səviyyədə təlim-məşq toplanışları keçiblər. Azərbaycan Güləş Federasiyası tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. Bütün güləşçilərimiz ölkəyə Avropa çempionu və mükafatçısı kimi qayıda bilərlər".

Qeyd edək ki, aprelin 7-dən 13-dək keçiriləcək Avropa çempionatında görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Oxşar xəbərlər