top
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı Vladimir Buşanski idman direktoru təyin edilib Report.az
Bu gün, 10:28
- +

Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı Vladimir Buşanski idman direktoru təyin edilib

Azərbaycan Velosiped İdmanı Federasiyasında idman direktoru vəzifəsinə qazaxıstanlı Vladimir Buşanski təyinat alıb.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

İcraiyyə Komitəsinin növbəti iclasında tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları toplatının gündəliyi ilə tanış edib.

Sonra o, federasiyanın idman direktoru vəzifəsinə dəvət olunmuş qazaxıstanlı Vladimir Buşanskini İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib. Zaur Axundov mütəxəssisə ölkədə uğurlu fəaliyyət göstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyə Komitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər və keçirilmiş çoxsaylı tədbirlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini bildirib.

"Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı"nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov, 2.1 kateqoriyalı bu yarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5 mərhələdən ibarət olacağını deyib. İcraiyyə Komitəsinin üzvləri yarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlara görülməsi vacib olan işlər haqda ətraflı məlumat verilib.

Federasiya prezidenti Zaur Axundov yarışın Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.

AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumat verilib. Daha sonra digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:39

Kurban Berdiyev: İkinci hissədə daha yaxşı oynadıq, qələbəyə layiq idik

Futbol
Bu gün, 18:33

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Turan Tovuz"la oyundan sonra mətbuat konfransında

Futbol
Bu gün, 18:32

Ayxan Abbasov "Turan Tovuz" - "Şamaxı" oyunundan sonra mətbuat konfransında meydança və millidən danışdı

Futbol
Bu gün, 18:30

"Sumqayıt" - "Araz-Naxçıvan": Start Heyətlər və Oyun Öncesi Məlumatlar

Futbol
Bu gün, 18:28

"Fənərbaxça" Kante ilə danışıqlara başlayır

Futbol
Bu gün, 18:18

"İnter" "Verona"nı səfərdə əlavə vaxtda qazandı

Cüdo
Bu gün, 18:18

Azərbaycan cüdoçuları veteranların dünya çempionatına yollanır

Futbol
Bu gün, 18:00

"Turan Tovuz" "Şamaxı" üzərində qələbə qazanaraq lider oldu

Cüdo
Bu gün, 17:59

U-14 cüdoçular arasında Abşeron-Xızı region birinciliyi başa çatıb

Futbol
Bu gün, 17:58

Ronaldu: Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm

Futbol
Bu gün, 17:56

"Turan Tovuz" "Şamaxı" üzərində qələbə qazandı və liderliyə yüksəldi

Futbol
Bu gün, 17:55

"Turan Tovuz" "Şamaxı"ya qalib gəldi (2:1)

Futbol
Bu gün, 17:37

Karlo Ançelotti: Luka Modriçin "Milan"dakı səviyyəsi məni təəccübləndirmir

Futbol
Bu gün, 17:36

"Sumqayıt" - "Araz-Naxçıvan": Start Heyətlər Açıqlandı

Futbol
Bu gün, 17:29

Reşford "Barselona"ya keçmək üçün maaşından keçməlidir

Futbol
Bu gün, 17:18

Azər Bağırov din mövzusuna toxunmağının səhv olduğunu etiraf edib

Futbol
Bu gün, 17:15

"Turan Tovuz" - "Şamaxı" Matçında Hesab Açıldı və Bərabərlik Qeydə Alındı

Futbol
Bu gün, 17:07

"Turan Tovuz" - "Şamaxı" Oyununda Hesab: 2:1

Futbol
Bu gün, 17:00

Qrizmann La Liqada 200 Qol Vuran 6-cı Legioner Oldu

Futbol
Bu gün, 16:52

"Turan Tovuz" - "Şamaxı": İlk hissənin nəticəsi və qollar - CANLI

Futbol
Bu gün, 16:48

"Turan Tovuz" - "Şamaxı" Oyunu Bərabərə Başa Çatıb

Futbol
Bu gün, 16:46

"Şamaxı" "Turan Tovuz"la matçda hesabı açdı

Cüdo
Bu gün, 16:40

U-14 cüdoçular arasında Abşeron-Xızı region birinciliyi başa çatıb - FOTO

Futbol
Bu gün, 16:35

Erlinq Haaland 2025-ci ildə beynəlxalq turnirlərdə ən çox qol vuran futbolçu olub

Oxşar xəbərlər