top
Azərbaycan millisinin voleybolçusu: “Vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm” Report.az
10 fevral 2025, 15:47
- ↺ +

Azərbaycan millisinin voleybolçusu: “Vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm”

Belə vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya Kubokunun qalibi olması ilə bağlı fikirlərini federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Voleybolçu bunun cari ildə qazandıqları ikinci kubok olduğunu vurğulayıb:

"Bu, cari ildə "Osasko" klubunun heyətində qazandığım ikinci kubokdur. Daha əvvəl Paulista Kubokunu qazanmışdıq. İndi isə Brazilya Kubokunun sahibi olduq. Finalda keçmiş klubum "Sesi Bauru"ya 3:1 hesabı ilə qalib gəldik. Çox gərgin, çətin və maraqlı oyun oldu. Pley-offda isə ötən mövsüm çempion olan "Minas"ı 3:2 hesabı ilə məğlub etmişik. Komandaya gəldiyim ilk vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final oyunlarında əsas heyətdə yer aldım. Çünki bəzi oyunçuların oyunları istənilən kimi alınmırdı. Belə vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm".

Milli üzvü final matçı haqqında düşüncələrini də bölüşüb:

"Oynamadığım müddətdə öz üzərimdə çox çalışırdım və düşünürəm ki, məhz buna görə yaxşı formada idim. Final oyunu çox çətin oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər biri əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Matçda oyunqurucumuz dizindən zədələndi və biz ikinci oyunqurucusu ilə davam etdik. O, bizimlə az oynamasına baxmayaraq, gözəl çıxış etdi. Komanda kimi yaxşı oynadıq, çox xoşbəxtəm, bir daha komandamı təbrik edirəm".

O, Azərbaycan çempionatını izlədiyini də söyləyib:

"Azərbaycan, eləcə də digər ölkələrin çempionatlarına vaxt olduqca baxıram, nəticələri izləyirəm. Bu il Azərbaycan çempionatında çıxış edən klubları yaxından izləyirəm. Cari mövsüm legionerlər də çoxdur. Bəzi oyunçualrı tanıyıram. Çünki daha əvvəl onlarla bir komandada oynamışam və ya rəqib kimi qarşılaşmışam. Fəxr edirəm ki, onlar Azərbaycanı seçiblər. Bu gün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi voleybolun inkişafı üçün bir sıra işlər görür".

34 yaşlı hücumçu millidə iştirakı barədə sualı cavablandırıb:

"Milli komandada iştirakıma gəlincə, bu gün hələ ki, bir söz deyə bilmərəm. Hazırda klubun qarşıdakı oyunlarına köklənmişəm. Hər bir oyunçuya movsümü zədəsiz, problemsiz başa vurmağı arzulayıram. Burada yarışlar da gərgin keçir, yorğunluq olur. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlaşdırıram. Bundan sonra qərar verəcəyəm".

P.Rəhimova yığmanın İslam Həmrəyliyi Oyunlarında qalib gələ biləcəyini istisna etməyib:

"Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, yığma İslamiadada mükafatçılar sırasına düşə, hətta qalib də gələ bilər. Komanda bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik".

Qeyd edək ki, P.Rəhimovanın formasını geyindiyi "Osasko" Braziliya Kubokunun finalında "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Oxşar xəbərlər