top
Autsayder gözü ilə baxılan qrup qalibi - TƏQDİMAT İdman.biz
09 may 2024, 16:36
- ↺ +

Autsayder gözü ilə baxılan qrup qalibi - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 36 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçiririk. Meydan sahibi Almaniya, İsveçrə və Şotlandiya ilə eyni "dördlük"də Macarıstan da yer alıb.

Dünəni ilə öyünən komanda
Macarıstan nadir millilərdən biridir ki, əvvəlki əzəmətini sonradan qaytara bilməyib. Bütün böyük yığmaların enişləri olsa da, onlar yalnız dünəndə qalan uğurlarla öyünür. Macarlar ötən əsrin ortalarında dünyanın ən güclülərindən biri olub. Ferents Puşkaş, Şandor Koçiş, Florian Albert kimi çox sayda ulduza malik yığma Olimpiadalarda üç çempionluq, mundiallarda iki gümüş qazanıb. Elı Avropadakı ən böyük uğur da 1964-cü ildəki yarımfinal olub.

Zirvədən zirzəmiyə
Sonrakı illərdə Macarıstan özünü göstərə bilməyib. 1986-cı ildə Meksikada keçirilən dünya çempionatı onların son mundialıdır. Ümumilikdə isə yalnız 30 ildən sonra böyük turnirə - AVRO-2016-ya qatılmaq mümkün olub. Həmin vaxt 1/8 finalda adlayan yığma AVRO-2020-də qrupda qalıb. Ardıcıl 3-cü, tarixində 4-cü dəfə qitə çempionatının final mərhələsinə çıxan macarlar bu dəfə daha ümidlidir. Bu da səbəbsiz deyil.

Asan seçmə mərhələ
Macarıstan millisi seçmə mərhələni yetərincə asan keçib. Buna püşk də təsir edib. Serbiya, Litva, Bolqarıstan və Monteneqro ilə eyni qrupda Puşkaşın həmyerlilərinə rəqib tapılmayıb. Tsikli məğlubiyyətsiz başa vuran Dominik Soboslai və komanda yoldaşları 1-ci yerin sahibi kimi Almaniyaya yollanıb. Bu nəticələr azarkeşlərdə ümid yaradıb. Düzdür, komanda çətin rəqiblə qarşılaşmayıb. Amma Almaniyada da qrupda İsveçrə və Şotlandiya kimi o qdərə də qorxunc olmayan rəqiblər var. Bir sözlə, Marko Rossinin baş məşqçisi olduğu yığma 1/8 final üçün mübarizə aparmağa kökləniblər. Hamının onlara autsayder kimi baxması isə komandanın xeyrinə işləyə bilər. Söhbət həm yığmaya təzyiqin olmaması, həm rəqiblərin arxayınlaşmasından gedir.

Macarıstan millisinin qrupdakı oyunları
15 iyun. Macarıstan – İsveçrə
19 iyun. Almaniya – Macarıstan
23 iyun. Şotlandiya - Macarıstan

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Oxşar xəbərlər