top
AMADA Ədalətli İdman Həftəsi - 2025 çərçivəsində tədbir təşkil edib Report.az
14 aprel 2025, 13:43
- ↺ +

AMADA "Ədalətli İdman Həftəsi - 2025" çərçivəsində tədbir təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib.

"Report" xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan İdman Akademiyasında (ASA) tələbələrin iştirakı ilə təşkil olunan tədbirin məqsədi gəncləri təmiz idman dəyərləri ilə tanış, ədalətli rəqabət və dürüstlük prinsiplərini təşviq etmək olub.

Tədbirin açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək idmanda dürüstlüyün və qaydalara sadiqliyin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, idmanda etik davranışların formalaşması yalnız qaydalarla deyil, eyni zamanda güclü maarifləndirmə ilə mümkündür.

Əvvəlcə iştirakçılar arasında interaktiv bilik yarışı keçirilib. Antidopinq qaydaları, təmiz idmanın əhəmiyyəti və idman dəyərləri ilə bağlı suallardan ibarət yarışda yüksək nəticə göstərənlərə hədiyyələr təqdim olunub.

Daha sonra iştirakçılar qrup şəklində təbliğat strategiyası hazırlamaq üçün fəaliyyətə cəlb olunublar. Hər qrup təmiz idmanın təbliği üçün yaradıcı strategiya mövzusunda ideyalarını formalaşdıraraq təqdim edib. Komanda işi, yaradıcılıq və təqdimat bacarığını birləşdirən bu fəaliyyətin sonunda iştirakçıların səsverməsi ilə ən uğurlu strategiyanın müəllifləri seçilərək mükafatlandırılıblar.

Tədbirin növbəti hissəsində iştirakçılar gələcəyin idmançılarına rəmzi motivasiyaedici məktub yazıblar. Yeni nəsil idmançılara ünvanlanmış məktublar təmiz idmanın mənəvi və etik dəyərlərini ifadə edib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:50

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

Futbol
Bu gün, 14:29

U-21 millisinin Lorenso Mezzotero Sampdoriyada qol vurdu

Futbol
Bu gün, 14:20

Pedro Porro'nu Barcelona və Real Madrid maraqlandırır

Futbol
Bu gün, 14:00

Kəpəz vs İmişli: İmişli 4 dəfə vurur, Kəpəz hələ də qolsuz

Futbol
Bu gün, 13:58

Levandovski MLS-də qolsuz seriyanı qırdı, Berhalter taktik qərarı izah etdi

Futbol
Bu gün, 13:47

Frenki de Yonqun mərkəz müdafiəsindəki çıxışı İspaniya mətbuatında qələbə qazanan "Barselona"da gözləniləndən yaxşı qiymətləndirilib

Futbol
Bu gün, 13:38

Kocaelispor, Sabah və Milli Komandaya Xidmət edən Müdafiəçini İstəyir

Digər
Bu gün, 13:36

XİN-in əməkdaşları Zəfərin 6. ildönümünə həsr olunan "Qələbə qaçışı"nda iştirak edib

Futbol
Bu gün, 13:30

Rusiya klubu Matvey Kislyakı Beşiktaş üçün 30 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 13:08

Bavariya: Börsüsiya ilə 2:2 başa çatan oyunda üç futbolçu zədə adalar evləndi

Digər
Bu gün, 12:53

Fərid Qayıbov: “Qələbə qaçışı”nda 2000-dən çox iştirakçı

Digər
Bu gün, 12:48

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başlayır

Futbol
Bu gün, 12:47

Neftçi Şamaxı ilə matçda "Əfsanə zolaqlı" ev formasını geyinəcək

Futbol
Bu gün, 12:30

Kaka, Karlo Ançelotti və Rud Qullit Milanın Şöhrət Zalına daxil edildilər

Futbol
Bu gün, 12:29

Luka Modriç 2026 sonrası futbol kariyerine davam etməyə qərar verdi

Futbol
Bu gün, 12:18

Qalatasaray Rusiyadan üç futbolçu transfer etməyi planlaşdırır

Şahmat
Bu gün, 12:07

Azərbaycan Şahmat Çempionatı: Kişi və Qadınlar üzrə Qaliblər Açıqlanıb

Futbol
Bu gün, 12:00

Manchester United rəhbərliyi məşqçini dəyişdirməyəcək

Formula 1
Bu gün, 11:53

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Digər
Bu gün, 11:39

Amerikalı üzgüçü Keyt Duqlas 100m sərbəst hovuzda yeni dünya rekordunu yaratdı

Digər
Bu gün, 11:39

Bəxtiyar Əsgərli: ‘Qələbə qaçışı’ qalibi yarışın məna və təəssüratları

Oxşar xəbərlər