top
Tərlan Həsənov Hidayət Heydərovun Daşkənddə yarışa çıxa bilməməsinin səbəbini açıqladı: “İspaniyaya getmişdi” Idman.biz
07 mart 2026, 13:35
- ↺ +

Tərlan Həsənov Hidayət Heydərovun Daşkənddə yarışa çıxa bilməməsinin səbəbini açıqladı: “İspaniyaya getmişdi”

"Daşkənd Böyük Dəbilqəsindən qabaq məndən soruşmuşdular ki, Hidayət Heydərovla bağlı proqnozların nədir? Mən də dedim ki, tələbələrimin hər üçünün medal qazanmaq şansı var. Qızıl medal deməmişdim. Ancaq Murad Fətiyev və Kənan Nəsibov çempion oldu. Sadəcə, Hidayət çəkisini sala bilməyib deyə güləşmədi".

Bunu Əməkdar məşqçi, Prezidentin fərdi təqaüdçüsü, Hidayət Heydərovun ilk müəllim-məşqçisi Tərlan Həsənov deyib.

83 yaşlı məşqçi tələbəsi Hidayət Heydərovun 27 fevral - 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Böyük Dəbilqə yarışında çıxış edə bilməməsi haqda danışıb. Onun sözlərinə görə, olimpiya, dünya və Avropa çempionumuzun çəkisini aşağı sala bilməməsi İspaniyanın paytaxtı Madriddə keçirilmiş master klasda iştirak etməsi olub.

"Yarışdan əvvəl master klass keçmək üçün İspaniyaya getmişdi. Orada 1 həftə qalıb və Bakıya gələn günün ertəsi səhər Daşkəndə uçdu. Ona görə də çəkisini sala bilməyib. Onu gərək yığma komandanın məşqçiləri master klassa buraxmayardılar. İspaniyaya getdiyini mən bilmirdim. Ona zəng etdim, dedim ki, haradasan? Dedi ki, İspaniyada. Dedim bu sənə lazımdır? Dedi ki, IJF (Beynəlxalq Cüdo Federasiyası - red.) çağırıb, getməmək olmur. Dedim ki, qarşıda sənin yarışın var axı. Dedi ki, çəkimi salacağam, burada məşq edəcəyəm. Nəzarətsiz qalıb, çəkisi 700 qram artıq olub. Çatdırmayıb və yarışa çıxmayıb", - deyə o, prosport.az-a açıqlamasında bildirib.

"Kanokan TT" Peşəkar Cüdo İdman Klubunun rəhbəri olan Tərlan Həsənov isə tələbəsinə verilən cəza ilə razılaşmadığını bildirib: "Ona cəza veriləndən sonra özü ilə danışa bilməmişəm. Çünki yarışdan sonra milli komanda Daşkənddə təlim-məşq toplanışında idi. Fikrimcə, Hidayətə çəki sala bilmədiyi üçün cəza verilməyə bilərdi. Bu, Avropa və ya dünya çempionatı deyil. Belə şeylər olur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Oxşar xəbərlər