top
Rəşad Rəsullu: Cüdo Federasiyası üçün əsas göstərici medalların keyfiyyəti və idmançıların inkişafıdır Idman.biz
19 dekabr 2025, 22:32
- +

Rəşad Rəsullu: Cüdo Federasiyası üçün əsas göstərici medalların keyfiyyəti və idmançıların inkişafıdır

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu AZƏRTAC-a müsahibə verib.

İdman.Biz həmin müsahibəni təqdim edir.

- Azərbaycan cüdoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 253 medal qazanıblar. Əldə olunan nəticələri necə qiymətləndirirsiniz?

- Ümumi mənzərəni qənaətbəxş qiymətləndiririk. 253 rəqəmi həm geniş yarış coğrafiyasını, həm də müxtəlif yaş qrupları üzrə dayanıqlı nəticəni göstərir. Bununla yanaşı, bizim üçün əsas göstərici təkcə medal sayı deyil, həmin medalların keyfiyyəti, nüfuzlu turnirlərdə (Qran-Pri, Böyük Dəbilqə, Avropa və dünya çempionatları) əldə olunan nəticələr və idmançıların inkişaf dinamikasıdır. Növbəti dövrdə bu xətti daha da gücləndirməyi hədəfləyirik.

- "Rio-2016" Yay Olimpiya Oyunlarının finalçısı Elmar Qasımov ardıcıl ikinci dəfə ölkə çempionu oldu. Növbəti ildə Qasımovun nüfuzlu beynəlxalq yarışlarda iştirakı gözlənilirmi?

- Elmar Qasımov bu il ərzində dörd beynəlxalq yarışda iştirak edib. Tbilisi Böyük Dəbilqəsi, Qoridə Avropa Kuboku və Praqada Açıq Avropa Turnirində mükafatçılar sırasına düşə bilməyib. Aktauda keçirilən Açıq Asiya Turnirində isə bürünc medal qazanıb.

Beynəlxalq yarışlarda kimin iştirak edəcəyinə performans direktoru və məşqçilər korpusu qərar verir. Elmar Qasımovun cari hazırlıq səviyyəsi və seçmə meyarlarına uyğunluğu nəzərə alınmaqla, növbəti ildə onun beynəlxalq turnirlərə cəlb olunması məqsədəuyğun hesab edilərsə, iştirak edəcək.

- Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin builki çıxışları barədə nə deyə bilərsiniz?

- Paris-2024 Yay Olimpiya Oyunlarından sonrakı mövsümün asan keçdiyini demək çətindir. Hər iki olimpiya çempionumuz böyük diqqət mərkəzində oldu və bu vəziyyətdə idmana tam köklənmək həmişə asan olmur. Biz də onları tədricən, mərhələli şəkildə yarış rejiminə qaytardıq.

Hidayət Heydərov Qvadalaxara Qran-Prisində və VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq yaxşı çıxış etdi. Yay fasiləsindən sonra formasını addım-addım artırdı. Zelim Kotsoyev isə yüksək peşəkarlıq nümayiş etdirdi: Avropa çempionatında gümüş, dünya çempionatında bürünc medal qazandı. Ümumilikdə, Olimpiadadan sonra idmançılar həm bərpa prosesi keçir, həm də uzun müddətdir yığılan xırda və ya xroniki zədələrin müalicəsinə daha çox vaxt ayırırlar. Bu da nəticələrə birbaşa təsir edən amildir.

- 100 kiloqramdan yuxarı çəkidə rəqabət artıb. Bu çəkidə Kənan Nəsibov və Camal Qamzatxanov kimi idmançılar var. Belə olan halda Uşanqi Kokaurinin karyerasını bitirməsi gündəmə gələ bilərmi?

- Uşanqi Kokaurinin karyerasını bitirməli olduğunu düşünmürəm. Əksinə, onun komandada olması bu çəki dərəcəsində rəqabəti artırır, inkişafı sürətləndirir və ümumi səviyyəni yuxarı çəkir. Üstəlik, Kokauri son yarışlarda kifayət qədər stabil çıxış edir: ötən Olimpiadada 7-ci yeri tutmuşdu, bu il isə Avropa və dünya çempionatlarında 5-ci pillədə qərarlaşıb. Qvadalaxara Qran-Prisində çempion olub, ilin son Böyük Dəbilqə turnirindən də bürünc medalla dönüb. Hazırda dünya reytinqində də Camal və Kənanı qabaqlayaraq 6-cı pillədə qərarlaşıb.

- Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda neçə ölkənin iştirakı gözlənilir? Hazırlıq işləri nə səviyyədədir və bizi hansı yeniliklər gözləyir?

- Dünya çempionatı 4–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Yarış proqramında 14 çəki dərəcəsi üzrə fərdi yarışlar və sonda qarışıq komanda yarışı nəzərdə tutulur.

İştirakçı ölkələrin sayına gəlincə, dünya çempionatları adətən 90-dan çox ölkəni bir araya gətirir. Bakıda da buna yaxın miqyas gözlənilir. Bildiyiniz kimi, IJF qaydalarına əsasən, dünya çempionatında böyüklər arasında reytinqdə ilk "yüzlük"də, gənclərdə isə ən güclü "16-lıq"da qərarlaşan idmançılar iştirak edə bilərlər. Bu tip meyarlar tətbiq olunduqda iştirakçı dövlətlərin sayı əsasən bu civarda formalaşır. Daha geniş iştirak modeli tətbiq olunsa, coğrafiya nəzəri olaraq daha da böyüyə və 150-dək arta bilər.

Hazırlıq məsələsinə gəldikdə isə, təşkilati işlər artıq planlaşdırma mərhələsindən icra mərhələsinə keçmək üzrədir. IJF ilə koordinasiya, infrastruktur və logistika, könüllülər, akkreditasiya, media və yayım planı, eləcə də tamaşaçı təcrübəsi üzrə işçi qrupları formalaşdırılır. Məqsədimiz təkcə yarış keçirmək deyil, Bakıda dünya çempionatını yüksək xidmət standartları, güclü təşkilatçılıq, müasir yayım və tamaşaçı təcrübəsi ilə yaddaqalan bir idman bayramına çevirməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
14 sentyabr 2026, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
14 sentyabr 2026, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
14 sentyabr 2026, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
14 sentyabr 2026, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
14 sentyabr 2026, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Oxşar xəbərlər