top
Məmmədəli Mehdiyev: Qazaxıstan qələbəsi, cüdo və polis karyerası haqqında İDMAN.BİZ-ə MÜSAHİBƏSİ Idman.biz
24 dekabr 2025, 14:12
- ↺ +

Məmmədəli Mehdiyev: Qazaxıstan qələbəsi, cüdo və polis karyerası haqqında İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Məmmədəli Mehdiyevin Qazaxıstanın "Dinamo" idman cəmiyyətinin 100 illiyinə həsr olunmuş turnirdə qazandığı qələbə bu günədək cüdo həvəskarlarının və mütəxəssislərinin dillər əzbəridir.

Son üç ildə ilk dəfə yarışa çıxan idmançı 31 dəqiqə davam edən son dərəcə yorucu və ağır qarşılaşmada rəqibinə qalib gəlib.

İdman.Biz oxucularına yaxın keçmişin tanınmış cüdoçusu, hazırda isə polis leytenantı olan Məmmədəli Mehdiyevlə müsahibəni təqdim edir.

- Qazaxıstanda göstərdiyiniz həmin performansdan sonra sizə elə gəlmir ki, idmandan bir az tez ayrılmısınız?

- Xeyr, mən belə düşünmürəm. Hesab edirəm ki, vaxtında getmişəm. Bəli, 29 yaşımda çıxışlarımı başa vurdum, amma bunu ailəm naminə etdim. Anladım ki, daimi təlim-məşq toplanışları və müxtəlif turnirlərdə iştirak etdiyim üçün ailəmi demək olar ki, görmürəm. Uşağımın ilk addımlarını görmədim, ilk sözlərini eşitmədim – bu isə psixoloji baxımdan mənə çox güclü təsir edirdi. Axı vaxtı geri qaytarmaq olmur və nə qədər çox şeyi qaçırdığımı başa düşdüm… Bundan əlavə, daimi çəki salmaq prosesi də məni ciddi şəkildə sıxırdı.

Təsəvvür edin ki, böyük idmandan getdikdən sonra iki il ərzində ümumiyyətlə zala girmədim, ayağım tatamiyə dəymədi. Amma DİN-in idman klubunun rəhbərliyindən bu turnirdə iştirakla bağlı təklif aldıqda, bunun necə böyük məsuliyyət olduğunu anlayaraq intensiv məşqlərə başladım. Həm də sadəcə məşq etmirdim, hazırkı yığma komandanın üzvləri ilə, onların qrafiki üzrə – yəni gündə iki dəfə məşq edirdim. Özümü yalnız qələbəyə kökləmişdim.

Üstəlik, rəqibim Ersultan Muzəffərovu tanıyırdım. Onunla 2022-ci ildə İsraildə keçirilən "Böyük Dəbilqə" turnirində qarşılaşmışdım. Orada da onu "qolden skor"da məğlub etmişdim, sadəcə bu dəfə ilə müqayisədə xeyli tez - artıq birinci dəqiqədə (gülür).

- Astana turniri hansısa böyük beynəlxalq yarış, Avropa və ya dünya çempionatı, hətta veteranlar arasında dünya çempionatı da deyildi. Bu, daha çox müxtəlif idman növləri, o cümlədən cüdo üzrə şou xarakterli tədbir idi. Yerli idmançı ilə yarım saatdan çox mübarizə aparmağa dəyərdimi? Bu qələbəyə görə nə qədər qazandınız?

- Yerli valyuta ilə təxminən 1000 dollar verdilər, amma məsələ, əlbəttə ki, pulda deyil! Birincisi, mən uşaqlıqdan uduzmağa nifrət edirəm və tatamiyə həmişə yalnız qələbə üçün çıxıram, başqa heç nə üçün yox. İkincisi, mən DİN-in idman cəmiyyətinin şərəfini qoruyurdum və bunun naminə, hətta heç nə ödəməsəydilər belə, eyni qələbə ehtirası ilə mübarizə aparardım. Üçüncüsü isə, özüm də şokda idim ki, mənə "qolden skor"un (qalib xal vurulana qədər davam edən limitsiz qarşılaşma – müəl.) 27 dəqiqə çəkdiyini dedilər!

Əlbəttə ki, inanılmaz dərəcədə çətin idi. Üstəlik, iki şidom var idi və üçüncüsünə səbəb verməməyə çalışırdım. Bundan başqa, "qolden skor"un 17-ci dəqiqəsində onu vazari ilə atdım, amma bu qiymətləndirilmədi. O zaman başa düşdüm ki, sona qədər getməli və yalnız "ippon"la qalib gəlməliyəm. Elə bunu da "qolden skor"un 27-ci dəqiqəsində etdim. Ümumilikdə qarşılaşma 31 dəqiqə davam etdi (dörd dəqiqə – əsas vaxt – müəllif).

- Qələbənizə yerli tamaşaçılar necə reaksiya verdilər?

- Necə reaksiya verə bilərdilər ki? Yarım saat ərzində öz cüdoçularını böyük coşqu ilə dəstəkləyirdilər, sonda isə o uduzdu. Zal bir neçə saniyə ərzində sözün əsl mənasında tam sükuta qərq oldu. Yeri gəlmişkən, mən daha tez də qalib gələ bilərdim, əgər Mehman müəllim olmasaydı (söhbət keçmişdə tanınmış cüdoçu, hazırda isə polis polkovnik-leytenantı olan Mehman Əzizovdan gedir – müəllif). O, Mövlud müəllimlə (DİN-in idman cəmiyyətinin rəhbəri Mövlud Mirəliyev – müəl.) birlikdə bu tədbirdə fəxri qonaq olduqları üçün mənə küncdən məsləhət verə bilmirdilər və digər fəxri qonaqlarla birlikdə VIP-lojada əyləşmişdilər. Mənə yol göstərən yox idi, halbuki daim gözlərimlə onları axtarırdım.

Bir anda Mehman müəllim dözmədi, aşağı düşüb qışqırdı: "Arxaya elə – gedəcək". Mən dərhal dediyini etdim və qalib gəldim (gülür). Sonra ona dedim: "Bu qədər niyə gözlədin, niyə mənə kömək etmirdin?" (gülür).

- Yeri gəlmişkən, elə Mehman Əzizovun özü deyirdi ki, cüdo sağalması mümkün olmayan xəstəlik kimidir. Siz isə söhbətin əvvəlində cüdodan yorulduğunuz üçün ayrıldığınızı qeyd etdiniz. Bəs niyə geri qayıtdınız?

- Mən bunu belə deyərdim: cüdo - sevdiyin qız kimidir, nə qədər inciklik olsa da, insan yenə ona tərəf meyl edir və küssə belə, yenidən qayıdır (gülür). Ona görə də müəyyən mənada razıyam ki, cüdo ömürlükdür. Amma heç nəyə görə peşman deyiləm. Əksinə, fəaliyyət sahəmi dəyişdiyimə, çevik reaksiya polisinin leytenantı - yəni polis xüsusi təyinatlısında xidmət etdiyimə sevinirəm.

- Cüdoda qazandığınız bacarıqlar yeni işinizdə sizə kömək edirmi?

- Əlbəttə! Xüsusilə psixoloji dayanıqlıq və fiziki hazırlıq baxımından. Bizim uşaqlar bəzən məşqlərdə çox yükləndiklərindən şikayət edəndə, həmişə deyirəm ki, siz hələ yığma komandadakı məşqlərimizi görməmisiniz.

- Təəssüf ki, cüdoda planlaşdırdığınız nəticələrə çata bilmədiniz, demək olar ki, hər dəfə uğurdan bir addım aralıda dayandınız. Avropa çempionatlarının üç bürünc medalı buna sübutdur. Bəs polis karyeranızda nəyə ümid edirsiniz?

- Burada mənim bir məqsədim var: idmançı olarkən əldə edə bilmədiyim nəticələri bu sahədə göstərməyə çalışacağam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:04

Marko Roze: “Mançester Yunayted” qəzəbli və aqressiv olacaq”

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Futbol
Bu gün, 01:12

İngiltərə Premyer Liqasında İpsviç Taun və Nottingem Forest heç-heçəyə qoşdu: 1:1

Futbol
Bu gün, 01:06

Alaves son dəqiqədə vurduğu qolla Malaga qarşısında 1:1 hesabla heç-heçəyə imza atdı

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Digər
Bu gün, 00:42

“Borussiya” Bundesliqada ilk qələbəsini “Ştutqart” üzərində qazandı

Digər
Bu gün, 00:34

PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Digər
Dünən, 23:31

Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Futbol
Dünən, 22:42

“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta səyahət edəcək

Voleybol
Dünən, 22:38

Super Liqa kişi voleybolunda yeni mövsümün ilk qalibləri müəyyənləşdi

Basketbol
Dünən, 22:27

“Sabah”ın baş məşqçisi Naxçıvan məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdü

Oxşar xəbərlər