top
Linz Qran-prisində Camal Qamzatxanov və Uşanqi Kokaurinin qələbə startı Idman.biz
08 mart 2026, 14:13
- ↺ +

Linz Qran-prisində Camal Qamzatxanov və Uşanqi Kokaurinin qələbə startı

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın daha bir ağırçəkili təmsilçisi mübarizəyə uğurlu start verib. Milli komandamızın üzvü Camal Qamzatxanov da ilk görüşündə inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Qamzatxanov 1/16 final mərhələsində Böyük Britaniya idmançısı Uesli Qriniç ilə qarşılaşıb. Rəqibindən daha üstün güləş nümayiş etdirən cüdoçumuz qalib gələrək adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bir qədər əvvəl eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri də polşalı rəqibinə qalib gələrək 1/8 finala yüksəlmişdi. Turnirin əvvəlki günlərində isə Vüsal Qələndərzadə "gümüş", Ömər Rəcəbli isə "bürünc" medal qazanıblar.

13:59

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri mübarizəyə qoşulublar. Milli komandamızın üzvü Uşanqi Kokauri turnirə qələbə ilə başlayaraq azarkeşləri sevindirib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Kokauri 1/16 final mərhələsində Polşa təmsilçisi Yakub Sordil ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın gedişində cüdoçumuz vaza-ari xalı qazanaraq üstünlüyü ələ keçirib. Görüşün sonuna qədər bu üstünlüyünü qoruyan Uşanqi rəqibini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

11:51

Avstriyanın Linz şəhərində təşkil olunan cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulur. Yarışın son günündə Azərbaycan millisinin iki ağırçəkili təmsilçisi medallar uğrunda mübarizəyə daxil olur.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançılarımız 1/16 final mərhələsindən yarışa başlayacaqlar. Camal Qamzatxanov Böyük Britaniya təmsilçisi Uesli Qriniçlə qarşılaşacaq. Digər cüdoçumuz Uşanqi Kokauri isə polşalı Yakub Sordillə gücünü yoxlayacaq.

Təsnifat mərhələsinin döyüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Medal qarşılaşmalarının keçiriləcəyi final bloku isə saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Bu gün, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
Dünən, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
Dünən, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
Dünən, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Dünən, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
29 sentyabr 2026, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
29 sentyabr 2026, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
29 sentyabr 2026, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Oxşar xəbərlər