top
İstedadların seçimi turnirinin ikinci turuna yekun vuruldu Idman.biz
08 mart 2026, 17:51
- ↺ +

"İstedadların seçimi" turnirinin ikinci turuna yekun vuruldu

Martın 8-də cüdo üzrə U-17 yeniyetmələr arasında keçirilən "İstedadların seçimi" yarışının ikinci turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 64 klub və idman cəmiyyətindən ümumilikdə 265 idmançı (222 oğlan, 43 qız) qüvvəsini sınayıb.

İdman.Biz xəbər verir ki, yarışın son günündə səkkiz çəki dərəcəsi üzrə 134 cüdoçu tatamiyə çıxıb. Turnirin əsas məqsədi milli komanda üçün sağlam alt bazanın formalaşdırılması, perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın yaradılmasıdır. Reqlamentə əsasən, iki turun yekun reytinqində ilk dörd pilləni tutan idmançılar "Gələcəyin ümidləri" adlı xüsusi təlim proqramına daxil ediləcəklər.

Yarışın son gününün qalibləri və mükafatçıları aşağıdakı kimidir:

Qızlar

44 kq
1. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Ayşən Hüeynzadə ("Qara Bəbir" Sumqayıt)
3. Zəhra Rzazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

52 kq
1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Gülnarə Qasımova ("Şahin 313" İK)
3. Zəhra Seyidzadə (RKİM) və İlahə Xəlilova (RKİM)

63 kq
1. Nəzakət Vəliyeva ("Qədiroğlu" İK)
2. Nəzrin Məmmədova (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Lalə Yadigarlı ("Neftçi" Sumqayıt) və Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

+70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Zəhra İbadova ("Neftçi" İK)

Oğlanlar

55 kq
1. Fərid Xudiyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
3. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) və Yusif Yusifzadə (Şuşa UGİM)

66 kq
1. Hüseyn Şıxəliyev ("Sərhədçi" İM)
2. Fərid Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. İsmayıl Quluyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ) və Dünyamalı Asdanlı ("Judo Club 2020" İK)

81 kq
1. Ayxan Həsənli ("Neftçi" İK)
2. Ömər Atayev ("Judo Club 2012")
3. İslam Adıgözəlzadə ("Elxan" İK) və Harun Ataşov ("Neftçi" Sumqayıt)

+90 kq
1. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Hüseyn Mehdiyev (ROİL)
3. Şükür Nadirli ("Sərhədçi" İM) və Əbəlfəz Yaqubzadə (DİN İC)

11:19

Bu gün Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında keçirilən "İstedadların seçimi" yarışının ikinci turuna yekun vurulur.

İdman.Biz xəbər verir ki, martın 7-də start götürən turnirin son günündə gənc istedadlar fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün tatami üzərinə çıxıblar.

Yarışın bağlanış günündə 134 cüdoçu ümumilikdə səkkiz dəst medal uğrunda qüvvəsini sınayır. Ümumilikdə isə iki gün davam edən turnirdə 66 klub və idman cəmiyyətindən 307 idmançı (260 oğlan, 47 qız) iştirak edir.

Yarışın keçirilməsində əsas məqsəd milli komandanın sağlam alt bazasını formalaşdırmaq və perspektivli yeniyetmələri aşkar etməkdir. Reqlamentə əsasən, hər iki turun yekun reytinq sıralamasında çəki dərəcələri üzrə ilk dörd pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" xüsusi təlim proqramına cəlb olunacaqlar.

Qeyd edək ki, turnir Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Futbol
Bu gün, 04:15

Xabi Alonso “Çelsi”nin müdafiə və hücumunda irəliləyiş olduğunu açıqladı

Futbol
Bu gün, 03:01

Bakıda keçirilən FIFA U-15 çempionatı Avropa klublarının skautları üçün yeni istedad axtarışı məkanıdır

Cüdo
Bu gün, 02:23

Nazim Sadıxov New Yorkda “THE KAGE: Chapter 01” şousunda şərhçi və çempionluq kəmərini təqdim edən kimi çıxış edəcək

Futbol
Bu gün, 02:04

Marko Roze: Manchester United oyunda qəzəbli və aqressiv olacaq

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Oxşar xəbərlər