top
Cüdoçularımız Linz Qran-Prisində 3 medal qazandılar: Qələndərzadə gümüş, Rəcəbli və Paşayev bürünc Idman.biz
07 mart 2026, 22:12
- ↺ +

Cüdoçularımız Linz Qran-Prisində 3 medal qazandılar: Qələndərzadə gümüş, Rəcəbli və Paşayev bürünc

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Prinin ikinci günündə yığmamız aktivinə daha iki medal yazdırıb.

Hər iki medalı cüdoçularımız -81 kq çəki dərəcəsində əldə edib. Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.

Xatırladaq ki, ötən gün Ruslan Paşayev (-66 kq) yarışın qalibi olmuşdu.

Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.

21:43

Linz şəhərində keçirilən cüdo üzrə Yuxarı Avstriya Qran-pri turnirində 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ömər Rəcəbli medal qazanıb.

Ömər Rəcəbli üçüncü yer uğrunda görüşdə finlandiyalı Eetu İhanamakiyə qalib gələrək Linz Qran-prisinin bürünc medalına yiyələnib.

18:44

Linz şəhərində keçirilən cüdo üzrə Yuxarı Avstriya Qran-pri turnirində 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüsal Qələndərzadə finala yüksəlib.

İdman.Biz bildirir ki, Qələndərzadə yarımfinalda finlandiyalı Eetu İhanamakiyə ipponla qalib gəlib.

81 kq çəki dərəcəsində çıxış edən digər idmançımız Ömər Rəcəbli isə təsəslliverici görüşdə monteneqrolu Yahya Nurkoviçə qalib gələrək bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb.

Daha öncə ¼ finalda Rəcəbli qazaxıstanlı Adilet Almata məğlub olmuşdu. Qələndərzadə isə dörddəbir final mərhələsində serbiyalı Mixaylo Siminə qalib gəlib.

09:37

Bu gün Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin ikinci günündə iki idmançımız tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilər arasında 81 kq çəki dərəcəsində ölkəmizi Vüsal Qələndərzadə və Ömər Rəcəbli təmsil edəcək.

V.Qələndərzadə yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun rəqibi Yaponiyanı təmsil edən Takahiro Yamaşina olacaq.

Ö.Rəcəbli isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. O, ABŞ idmançısı Yohan Silot ilə Macarıstan təmsilçisi Benedek Tot arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Oxşar xəbərlər