top
Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur Idman.biz
Bu gün, 22:53
- ↺ +

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisinin baş məşqçisi Emin İskəndərov İbrahim Talıbovun Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalı məşqçilik karyerasının ən böyük uğurlarından biri kimi qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis 55 kq çəki dərəcəsində Olimpiya çempionu olan idmançısının uğurunun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

"İbrahim Talıbovun yeniyetmələrin Olimpiya çempionu olması mənim üçün həm böyük sevinc, həm də məşqçilik fəaliyyətimdə xüsusi zirvədir. 2018-ci ildə Vüqar Talıbovla məşqçi kimi çalışırdım və o, Buenos-Ayresdə yeniyetmələrin Olimpiya çempionu oldu. Səkkiz ildən sonra isə artıq baş məşqçi kimi özüm idmançı hazırlayıb Olimpiadaya gətirdim. Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur", - deyə İskəndərov bildirib.

Baş məşqçi Dakar-2026-nın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və yarışın xüsusi ab-havasından danışıb.

O, Talıbovun finala gedən yolda qarşılaşdığı rəqiblərin güclü olduğunu, lakin azərbaycanlı cüdoçunun onların öhdəsindən gəlmək potensialına malik olduğunu qeyd edib.

"Rəqiblər zəif deyildi, amma İbrahim onların öhdəsindən gələ biləcək gücdə idi. Bununla belə, Olimpiya Oyunlarının öz həyəcanı, ab-havası və məsuliyyəti var. İbrahim də müəyyən qədər həyəcanlı idi. Şükürlər olsun ki, onu bu vəziyyətdən çıxara bildim", - deyə mütəxəssis bildirib.

İskəndərov yarışdan əvvəl idmançısı ilə aralarında olan söhbəti də açıqlayıb:

"İbrahim mənə verdiyi sözü tutdu və yeniyetmələrin Olimpiya çempionu oldu. O, yarışdan əvvəl mənə demişdi ki, "Mən sözümü doğruldacağam və sizi iki Olimpiya çempionu yetişdirmiş məşqçi kimi tanıtdıracağam". Sağ olsun, verdiyi sözə əməl etdi".

Qeyd edək ki, İbrahim Talıbov Dakar-2026-nın finalında xorvatiyalı Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına yarışın ilk qızıl medalını qazandırıb. Ölkəmiz Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Bu gün, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Bu gün, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Futbol
Bu gün, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Bu gün, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Bu gün, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Bu gün, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Bu gün, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Bu gün, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Bu gün, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Bu gün, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Bu gün, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Bu gün, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Bu gün, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Bu gün, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Bu gün, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Bu gün, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 20:14

Azər Məmmədov: Kəpəz futbolçularına sərbəstlik və inam verərək qələbəni qazandı

Futbol
Bu gün, 20:11

Perkons: Gəncə stadonda oynamaq həqiqətən çətindir

Futbol
Bu gün, 20:01

İmişli baş məşqçisi Ervins Perqons Namiq Ələsgərovun qolunu təriflədi

Futbol
Bu gün, 19:57

Abdullah Kavukcu və Metin ÖzTürk Qalatasaray idarə heyətindən istefa etdilər

Oxşar xəbərlər