top
Camal Qamzatxanov Linz Qran-prisində bürünc medal uğrunda mübarizə aparır Idman.biz
08 mart 2026, 16:28
- ↺ +

Camal Qamzatxanov Linz Qran-prisində bürünc medal uğrunda mübarizə aparır

Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili cüdoçusu Camal Qamzatxanov (+100 kq) medal uğrunda mübarizəsini davam etdirir.

İdman.Biz xəbər verir ki, Qamzatxanov 1/4 final mərhələsində Yaponiya təmsilçisi Qay Hatakeyama ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibinə məğlub olan cüdoçumuz qızıl medal şansını itirsə də, təsəlliverici qrupda mübarizə aparmaq hüququ qazanıb.

Təsəlliverici görüşdə Camal Qamzatxanov Ukrayna idmançısı Yevgeni Balyevski ilə üz-üzə gəlib. Rəqibi üzərində inamlı qələbə qazanan təmsilçimiz bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb.

15:31

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri tatami üzərinə çıxıblar. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan biri mərhələ adlasa da, digəri yarışla vidalaşıb.

İdman.Biz xəbər verir ki, Camal Qamzatxanov turnirə inamlı start verib. İlk görüşündə britaniyalı Uesli Qriniçə qalib gələn cüdoçumuz 1/8 finalda Türkiyə təmsilçisi Munir Ertuğ ilə üz-üzə gəlib. Bu qarşılaşmada da rəqibindən üstün olan Qamzatxanov adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi Yaponiya idmançısı Qay Hatakeyama olacaq.

Milli komandamızın digər üzvü Uşanqi Kokauri üçün isə yarış uğursuz yekunlaşıb. 1/16 finalda polşalı Yakub Sordili vaza-ari xalı ilə məğlub edən Kokauri 1/8 finalda yaponiyalı Qay Hatakeyama ilə qarşılaşıb. Gərgin keçən döyüşün sonunda rəqibinə uduzan Uşanqi turnirdə mübarizəni dayandırıb.

İndi bütün diqqətlər 1/4 finalda komanda yoldaşını məğlub edən yaponiyalı ilə qarşılaşacaq Camal Qamzatxanova yönəlib.

14:13

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın daha bir ağırçəkili təmsilçisi mübarizəyə uğurlu start verib. Milli komandamızın üzvü Camal Qamzatxanov da ilk görüşündə inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Qamzatxanov 1/16 final mərhələsində Böyük Britaniya idmançısı Uesli Qriniç ilə qarşılaşıb. Rəqibindən daha üstün güləş nümayiş etdirən cüdoçumuz qalib gələrək adını 1/8 finala yazdırıb.

Bir qədər əvvəl eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri də polşalı rəqibinə qalib gələrək 1/8 finala yüksəlmişdi.

Təmsilçilərimizin 1/8 finaldakı rəqibləri artıq məlumdur. Uşanqi Kokauri yaponiyalı Gai Hatakeyama, Camal Qamzatxanov isə Türkiyə təmsilsiçi Munir Ertuğla qarşılaşacaq.

Turnirin əvvəlki günlərində isə Vüsal Qələndərzadə "gümüş", Ömər Rəcəbli isə "bürünc" medal qazanıblar.

13:59

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin sonuncu günündə Azərbaycanın ağırçəkili təmsilçiləri mübarizəyə qoşulublar. Milli komandamızın üzvü Uşanqi Kokauri turnirə qələbə ilə başlayaraq azarkeşləri sevindirib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan Kokauri 1/16 final mərhələsində Polşa təmsilçisi Yakub Sordil ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın gedişində cüdoçumuz vaza-ari xalı qazanaraq üstünlüyü ələ keçirib. Görüşün sonuna qədər bu üstünlüyünü qoruyan Uşanqi rəqibini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

11:51

Avstriyanın Linz şəhərində təşkil olunan cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulur. Yarışın son günündə Azərbaycan millisinin iki ağırçəkili təmsilçisi medallar uğrunda mübarizəyə daxil olur.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançılarımız 1/16 final mərhələsindən yarışa başlayacaqlar. Camal Qamzatxanov Böyük Britaniya təmsilçisi Uesli Qriniçlə qarşılaşacaq. Digər cüdoçumuz Uşanqi Kokauri isə polşalı Yakub Sordillə gücünü yoxlayacaq.

Təsnifat mərhələsinin döyüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Medal qarşılaşmalarının keçiriləcəyi final bloku isə saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Oxşar xəbərlər