Azərbaycanın veteran cüdoçulardan ibarət komandasının Portuqaliyanın Portiman şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, oktyabrın 22–25-də təşkil olunacaq yarışda ölkəmizi səkkiz yaş kateqoriyasında 17 idmançı təmsil edəcək. Komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.
Azərbaycan millisinin heyəti:
M1 kateqoriyası
73 kq: Samir İsmayılov
M2 kateqoriyası
81 kq: Vüqar Əliyev
100 kq: Elçin Məmmədov
+100 kq: Kənan Abdullaxanlı
M3 kateqoriyası
66 kq: Qədir İsgəndərov
90 kq: Ramil Aslanov
100 kq: Ramil Muradov
M4 kateqoriyası
60 kq: Elşən Kərimov
73 kq: Rauf Fərzəliyev, İlqar Əliheydərov
100 kq: Rəşad Bağırov
M5 kateqoriyası
60 kq: Babək Hacıyev
73 kq: Anar Xəlilov
M6 kateqoriyası
100 kq: Qabil Qasımov
M7 kateqoriyası
90 kq: Nazim Əliyev
100 kq: Azər Əsgərov
M8 kateqoriyası
90 kq: Fərhad Rəcəbli
Qeyd edək ki, Avropa çempionatında 36 ölkədən ümumilikdə 1240 cüdoçu mübarizə aparacaq.