top
Azərbaycan yığma komandasının baş məşqçisi: İstanbulda keçirilən yarışda çox yüksək rəqabət müşahidə olundu Report.az
05 may 2025, 17:27
- ↺ +

Azərbaycan yığma komandasının baş məşqçisi: "İstanbulda keçirilən yarışda çox yüksək rəqabət müşahidə olundu"

İstanbulda keçirilən gənclər arasında cüdo üzrə açıq Avropa Kubokunda çox güclü rəqabət olub.

Bunu "Report"a açıqlamasında gənc oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli deyib.

Mütəxəssis Türkiyədə baş tutan turnirlə bağlı fikirlərini bölüşüb:

"Yarışa dünyanın bir sıra ölkələrindən idmançılar qatılmışdı. Çox güclü rəqabət var idi. Bu da idmançılarımızı sınamaq üçün şans idi. Bəzi cüdoçular zədəli olduqları üçün turnirə qatılmamışdılar. Qızıl medal qazanan Aslan Kotsoyev (90 kq) və Nizami İmanov (66 kq) lider idmançılarımızdır. Zədədən sonra ilk yarışlarında yaxşı çıxış etdilər. Nizami yeni çəki dərəcəsində özünü yaxşı tərəfdən göstərdi. Kotsoyev də bir müddət zədəli idi".

R.Alimli Avropa Kubokundan sonra İspaniyada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlarını söyləyib:

"Ondan sonra Berlində açıq Avropa Kubokuna yollanacağıq. Ardınca Avropa və dünya çempionatı üçün heyəti müəyyənləşdirəcəyik. Ümumi nəticədən razıyıq. Bəzi cüdoçularımız medal görüşlərində uduzdular. Amma bu son deyil. Bu, sınaq yarışlarıdır. Özlərini yaxşı tərəfdən göstərdilər. Onlara yenə şans veriləcək".

Qeyd edək ki, Azərbaycan yığması 2 qızıl, 5 bürünc medalla 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Digər
Bu gün, 15:29

Tahir Abdullayev Dohada UFC turnirində əyalatlı rəqibini məğlub etdi: Çəkidəki problem diyetoloqun səhvindən oldu;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Oxşar xəbərlər