top
Xəyal Canıyev: Mənim də ürəyimdən keçdi ki, vətənimdə belə bir turnirdə döyüşüm Idman.biz
22 iyun 2025, 20:30
- ↺ +

Xəyal Canıyev: "Mənim də ürəyimdən keçdi ki, vətənimdə belə bir turnirdə döyüşüm"

Bakıda keçirilən UFC turnirini izləyənlər arasında Rusiyada yaşayan həmyerlimiz Xəyal Canıyev də olub.

Tanınmış MMA döyüşçüsü "UFC Fight Night"la bağlı fikirlərini İdman.biz-ə bildirib.

Canıyev möhtəşəm, qlobal və genişmiqyaslı bir turnir olduğunu deyib: "Fikrimcə, bu, Azərbaycanda MMA üçün, ümumilikdə Azərbaycan idmanı üçün yaxşı təkan olacaq. Mən də məhz bu turniri izləmək üçün Rusiyadan gəlmişəm – bizim uşaqları dəstəkləmək, azarkeşlik etmək üçün".

O, Nazim Sadıxovun döyüşünün parlaq, baxımlı, emosional keçdiyini vurğulayıb: "Döyüş kəşfiyyatla başladı, sonra, təəssüf ki, Nazim qarın nahiyəsinə zərbələr aldı, amma sınmadı. Bu da onu göstərir ki, Nazimin xarakteri güclüdür, ruhu möhkəmdir. O dözdü və sonra özü də güclü, dağıdıcı zərbələr endirdi. Çox parlaq döyüş nümayiş etdirdi və layiqli qələbə qazandı".

Tofiq Musayevin çıxışını dəyərləndirən Canıyev təəssüfünü gizlətməyib: "Hamı gözləyirdi ki, Tofiq yaxşı çıxış edəcək, qalib gələcək, bizi sevindirəcək. Təəssüf ki, belə olmadı. Bəxti də gətirmədi. Ümid edirəm ki, səhvlər üzərində işləyəcək və daha güclü qayıdacaq".

O, Rafael Fiziyevin çox taktik və texnikalı, həmçinin ağılla döyüşdüyünü bildirib: "Rəqib çox güclü, ciddi, narahatedici və maksimum dərəcədə hündür idi. Belələri ilə döyüşmək çətindir. Amma Rafael çox səviyyəli və taktiki döyüş göstərdi – həm ayaqüstü mövqedə, həm də güləşdə. O, göstərdi ki, həm müdafiə oluna, həm də hücum edə bilir. Bu səbəbdən döyüş parlaq, gözəl və həyəcanlı oldu. Hamının xoşuna gəldi".

Canıyev özünün də Bakıda döyüşmək istədyini dilə gətirib: "Mənim də ürəyimdən keçdi ki, vətənimdə belə bir turnirdə döyüşüm. Ümid edirəm ki, bu turnir azərbaycanlı MMA döyüşçüləri üçün yaxşı bir təkan olacaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Digər
Bu gün, 15:44

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Oxşar xəbərlər