top
Uqandalı boksçular Britaniyada sığınacaq istəyirlər Idman.biz
10 avqust 2026, 11:53
- ↺ +

Uqandalı boksçular Britaniyada sığınacaq istəyirlər

Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birlik Oyunlarında iştirak edən Uqanda millisinin dörd boksçusu ölkəyə qayıtmayıb.

İdman.Biz "The Guardian" nəşrinə istinadən xəbər verir ki, İbrahim Kemis, Emili Nakalema, Angel Katuşabe və komandanın kapitanı Nuhu Batte Uqanda nümayəndə heyətinin geri qayıtdığı təyyarəyə minməyiblər. Altı boksçudan ibarət komandadan yalnız iki idmançı ölkəsinə dönüb.

Məlumata görə, boksçulardan biri Uqandanın "NBS Sport" nəşrinə Böyük Britaniyada qalaraq daha yaxşı məşq imkanlarından yararlanmaq istədiyini bildirib. Onların ölkədə sığınacaq istəmək niyyətində olduqları da ehtimal edilir.

Uqanda nümayəndə heyətinin rəhbəri Qodvin Kayangve isə boksçuların geri qayıtmamaq qərarının səbəbini bilmədiyini deyib.

"Bu, siyasi məsələ deyil, gender və ya buna bənzər hər hansı məsələ ilə əlaqəli deyil. Onların bunu niyə etdikləri barədə heç bir fikrim yoxdur", - Kayangve bildirib.

"The Guardian"ın məlumatına görə, dörd boksçu geri qayıtmazdan əvvəl Qlazqodakı boks zallarından birində olublar. Hazırda onların harada olduğu məlum deyil.

Şotlandiya polisi də məsələ barədə məlumatlı olduğunu və vəziyyəti qiymətləndirmək üçün Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Birlik Oyunlarından sonra Uqanda nümayəndə heyətinin üzvlərinin geri qayıtmaması ilə yanaşı, Pakistan millisinin boksçusu Qudratullahın da komandasının təyyarəsinə minmədiyi bildirilir. Rəsmilər onun qaldığı otelə getdikdə boksçunun otağında olmadığını müəyyənləşdiriblər.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən beynəlxalq idman yarışlarından sonra bəzi xarici idmançıların ölkələrinə qayıtmaması halları əvvəllər də qeydə alınıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Futbol
Bu gün, 15:20

Paris Saint‑Jünior Fransa nəhəngi cinah hücumçusu axtarır

Qarabağ FK
Bu gün, 14:53

“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Futbol
Bu gün, 14:35

“Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq

Qarabağ FK
Bu gün, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Qarabağ FK
Bu gün, 14:24

Azərbaycan Premyer Liqasının 12-ci turunun ən yaxşı azərbaycanlı futbolçuları: Kim fərqləndi? - İDMAN.BİZ-in TƏHLİLİ

Futbol
Bu gün, 14:21

Şalke Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Futbol
Bu gün, 14:20

Azərbaycan klubu Avropa nəhənglərini utandıran “kiçik balıq” adlandırdılar

Basketbol
Bu gün, 14:09

Ceyms Freyzer: "Noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq"

Futbol
Bu gün, 14:00

Barselona’nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr istəyirik, çalışırıq, amma alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Qarabağ FK
Bu gün, 13:54

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

Futbol
Bu gün, 13:52

Sumqayıt" yapon futbolçusu Masaki Murata ilə yollarını ayırıb

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Oxşar xəbərlər