top
Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir” Idman.biz
Bu gün, 14:39
- ↺ +

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

"Mənim hər dəfə verdiyim müsahibələrdə səsləndirdiyim fikirləri artıq Valdas Dambruskas özü də təsdiqlədi. "Qarabağ"ın ötən il Çempionlar Liqasında keçirdiyi oyunlarla bağlı dediyim fikirlərin hər zaman arxasındayam. Biz bəzən olduğumuzdan daha yüksək səviyyəyə qalxırıq. "Vikinq", "Slaviya Praqa" kimi komandalarla eyni səviyyədə ola bilərik. Amma "Barselona", "Real Madrid", PSJ, "Mançester Siti" kimi komandalarla hələ ki eyni səviyyədə deyilik. Bu səviyyəyə çatmağımıza da hələ müəyyən qədər vaxt var".

Bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniya nəhəngi "Barselona" ilə qarşılaşacaq "Sabah"ın şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssis oyunun motivasiyasından, İspaniya təmsilçisinin heyət gücündən, oyun üslubundan və "Sabah"ın bu görüşdəki mümkün taktikasından söz açıb:

"Futbolçular meydana çıxıb öz oyunlarını göstərəcəklər. Hesab edirəm ki, burada kimisə ayrıca motivasiya etməyə və ya futbolçuları oyuna kökləməyə ehtiyac yoxdur. Rəqib komandanın adı özü bütün oyunçular üçün böyük motivasiyadır. Düşünürəm ki, kollektiv olaraq "Sabah" bu oyunda azarkeşlərin zövq ala bilməsi üçün əllərindən gələni edəcəklər. Bizə də yalnız bu oyunu izləyib ondan həzz almaq qalacaq. Qalib gəlməyimiz çətindir. Düzdür, istənilən halda xal və ya xallar qazana bilərik. Futbolda hər şey mümkündür. Amma "Barselona" kimi bir komandaya, xüsusilə də hazırkı heyətinə nəzər saldıqda, onların gənc və çox dinamik futbolçulardan təşkil olunduğunu görürük. Belə bir komandaya, hətta öz meydanımızda oynasaq belə, qalib gəlmək çox çətindir. Ona görə də yalnız oyundan həzz almaq, qarşılaşmanı izləmək və özünü Çempionlar Liqasında hiss etmək lazımdır. Bu cür nəhəng və top-komandalara qarşı matçları doğma şəhərimizdə izləmək, hesab edirəm ki, bir futbol azarkeşi üçün bundan daha böyük motivasiya ola bilməz.

Oyunun gedişatına gəlincə, təbii ki, dominant tərəfin "Barselona" olacağını düşünürəm. Topa sahib olmaq onların ən güclü tərəflərindən biridir. Bütün oyun boyu bu nəzarəti öz əllərində saxlamağa çalışacaqlar. Əlbəttə, bilmirəm, Lamin Yamal gələcək, ya yox. Çox güman ki, gələcək və bütün heyətlə Bakıya səfər edəcəklər. Cinahlarda çox təhlükəli ola bilərlər. Mərkəzdə isə Pedri, Rodri və digər futbolçular təhlükə yaradacaqlar. Onu deyə bilərəm ki, topa nəzarət və ötürmələrə əsaslanan oyun baxımından bu komanda dünyanın ən yaxşılarından biridir. Bəlkə də bu oyun üslubunu formalaşdıran əsas komandalardan biri məhz "Barselona"dır.

Ona görə də topa sahib olmaq bizim üçün bir qədər çətin olacaq. Amma əks-hücumlar da bizim üçün yaxşı çıxış yolu ola bilər. Çünki "Barselona" nə qədər güclü komanda olsa da, onun mərkəz müdafiəçiləri, xüsusilə də Pau Kubarsi hələ gəncdir. Əvvəlki mərkəz müdafiəçiləri ilə müqayisədə zaman-zaman səhvlərə yol verirlər. Dominant tərəf "Barselona" olacaq, biz isə daha çox müdafiəyə çəkilən və sonradan əks-hücumlara bel bağlayan komanda kimi çıxış edəcəyik", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Sabah" – "Barselona" matçı noyabrın 25-də baş tutacaq. Görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Futbol
Bu gün, 14:35

“Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq

Qarabağ FK
Bu gün, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Qarabağ FK
Bu gün, 14:24

Azərbaycan Premyer Liqasının 12-ci turunun ən yaxşı azərbaycanlı futbolçuları: Kim fərqləndi? - İDMAN.BİZ-in TƏHLİLİ

Futbol
Bu gün, 14:21

Şalke Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Futbol
Bu gün, 14:20

Azərbaycan klubu Avropa nəhənglərini utandıran “kiçik balıq” adlandırdılar

Basketbol
Bu gün, 14:09

Ceyms Freyzer: "Noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq"

Futbol
Bu gün, 14:00

Barselona’nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr istəyirik, çalışırıq, amma alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Qarabağ FK
Bu gün, 13:54

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

Futbol
Bu gün, 13:52

Sumqayıt" yapon futbolçusu Masaki Murata ilə yollarını ayırıb

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Oxşar xəbərlər