Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasında Xorvatiyanın “Dinamo Zaqreb” və Portuqaliyanın “Benfika” komandaları arasında keçiriləcək oyuna baş hakim təyin olunub.
Ona həmyerliləri Namiq Hüseynov və Rəhman İmami yan xətt hakimləri qismində yardım edəcək. Dördünya hakim funksiyasını isə xorvatiyalı Filip Draqoşeviç yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 25-də Zapreşiç şəhərindəki “İvan Lalyak-İviç” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.