top
Millimizə gələn vingerə görə kompensasiya istəyirlər Sportinfo.az
Bu gün, 13:40
- ↺ +

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

"Aleksandriya"nın əvəzedici heyətinin futbolçusu Əli Xəlilovun Omanın U-21 yığmasına qarşı keçirilən yoldaşlıq oyununda Azərbaycanın U-21 millisinin formasını geyinməsi Ukraynada ciddi səs-küy yaradıb.

Sportinfo.az xəbər verir ki, "sportarena.ua" saytı hətta bu məsələni araşdırıb, idman hüquqşünasının fikirlərinə yer verib.

2027-ci il yanvarın 4-də Dneprdə anadan olan 19 yaşlı sağ vinger Əli Xəlilov 2024-cü ilin avqustundan "Aleksandriya"da çıxış edir.

İdman hüquqşünası İlya Skoropaşkin futbol və digər idman növlərində kompensasiya ödənişlərinin qaydalarını, Ukrayna klublarının yetişdirdiyi futbolçuların xarici millilərə çağırılması ilə bağlı məsələləri təhlil edib. Bildirilir ki, əvvəllər müxtəlif illərdə Anatoli Nuriev, Tuqay Əlizadə, Andrey Popoviç, Aleksandr Çertoqanov, Vladimir Levin, Anton Krivotsyuk və digər ukraynalılar Azərbaycan millisinin formasını geyinib.

İlya Skoropaşkin FIFA-nın qüvvədə olan normalarını və dünya, eləcə də Ukrayna idmanındakı kompensasiya mexanizmlərinin xüsusiyyətlərini ətraflı izah edib: "Ukrayna futbolunun yetirmələrinin xarici milli komandaların heyətinə çağırılması faktı öz-özlüyündə Ukrayna Futbol Assosiasiyasına (UAF) kompensasiya almaq hüququ vermir. FIFA-nın reqlamentinə əsasən, futbolçuların hazırlanmasına görə kompensasiya və solidar ödənişlər milli assosiasiyalara deyil, onların yetişdirilməsi ilə birbaşa məşğul olmuş klublara ödənilir. Yalnız xüsusi bir istisna mövcuddur. Futbolçunu yetişdirən və kompensasiya almaq hüququ olan klub fəaliyyətini dayandırıbsa, həmin vəsaiti UAF əldə edə bilər".

Onun sözlərinə görə, bəzi idman növlərində belə hallar baş verdikdə kompensasiya almaq mümkün olur: "Basketbol, həndbol, reqbi kimi sahələrdə idmançıların yetişdirilməsinə görə kompensasiya mexanizmləri mövcuddur. Lakin digər idman növlərində futboldakı qədər inkişaf etmiş və mərkəzləşdirilmiş sistem yoxdur".

Qeyd edək ki, U-21 millimizin Omanı 4:2 hesabı ilə məğlub etdiyi oyunda Əli Xəlilov 1 qol vurub.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:54

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Futbol
Bu gün, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: "Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam"

Qarabağ FK
Bu gün, 12:35

“Kəpəz” - “Qarabağ” matçında böyük coşqu - FOTOLAR

Futbol
Bu gün, 12:30

UEFA Çempionlar Liqası: ‘Sabah’–‘Barselona’ qarşılaşmasında maraqlı statistikalar açıqlanıb

Qarabağ FK
Bu gün, 12:25

Qurban Qurbanov Gəncədə ikiqat yubileyini qeyd etdi

Futbol
Bu gün, 12:21

“Döyüş klubu” filminin ulduzu Arda Gülərə heyranlığını açıqladı - FOTO

Oxşar xəbərlər