top
“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ Idman.biz
Bu gün, 13:54
- ↺ +

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

"Fikrimcə, qol vurmağın yolunu tapmayana qədər işimiz çətin olacaq. Müdafiədə də bəzi səhvlərə yol verdik, amma qapımızı toxunulmaz saxlaya bildik. Bu, hər zaman qələbə qazanmaq üçün yaxşı fürsətdir. Ancaq bir daha deyirəm ki, qol vurmağın yolunu tapmalıyıq".

Bu sözləri "Qarabağ"ın futbolçusu Bentse Varkonyi səfərdə "Kəpəz"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 12-ci tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Neftçi" ilə qarşılaşmadan sonra artıq dörd oyundur ki, komandanız qol vura bilmir. Sizcə, bunun həlli nədir?

- Daha diqqətli olmalı, daha çox qol epizodu yaratmalıyıq. Futbol belədir, biz qol vurmaq üçün oynayırıq və hamı fərqlənmək istəyir. Qol vurmağın yolunu tapmalıyıq. Rəqiblərimiz bizə qarşı fərqli oynayırlar. Müdafiədə çoxsaylı futbolçu ilə dayanırlar, bəzən cərimə meydançasında 10 oyunçu olur. Belə vəziyyətdə boşluq tapmaq çətindir. Buna görə də çalışmağa, təzyiq göstərməyə, cəhd etməyə davam etməli və heç vaxt təslim olmamalıyıq.

- Növbəti oyunda rəqibiniz "Sumqayıt" olacaq. Həmin qarşılaşmadan gözləntiləriniz nədir?

- Qalib gəlmək istəyirik. Səfərə qələbə üçün gedəcəyik. Bunun üçün, əlbəttə, qol vurmalıyıq. Qapımızı toxunulmaz saxlasaq, qələbə üçün cəmi bir qol kifayət edəcək. Ümid edirəm ki, ilk qolumuzu vurduqdan sonra bu, komandaya əlavə motivasiya verəcək və daha çox qol vurmağımıza kömək edəcək.

- Gəncə Stadionu, azarkeşlər və atmosfer haqqında nə deyə bilərsiniz?

- Belə atmosferdə oynamaq çox xoşdur. Stadion dolu idi və bu, bizə də əlavə motivasiya verirdi. "Kəpəz"in də 100 faiz gücü ilə mübarizə apardığını gördüm. Bu, normaldır. Ümid edirəm ki, Azərbaycanda daha çox belə oyunlar keçirəcəyik, stadionlar dolacaq və azarkeşlər komandalarını dəstəkləyəcəklər. Belə atmosferdə oynamaq çox gözəldir.

— Deməli, Azərbaycanda daha çox stadionun belə dolmasını istəyirsiniz?

— Bəli.

— Bu oyunun çempionluq mübarizəsinə necə təsir edəcəyini düşünürsünüz?

— Biz yolumuza davam etməli və oyunlarımızı qazanmalıyıq. Qələbələr qazanmadan bu barədə danışa bilmərik. Çempion olmaq şansımız hələ də var və istəyimiz də budur. Ancaq bunun üçün addım-addım irəliləməli, hər oyunda qələbə qazanmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Futbol
Bu gün, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: "Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam"

Qarabağ FK
Bu gün, 12:35

“Kəpəz” - “Qarabağ” matçında böyük coşqu - FOTOLAR

Oxşar xəbərlər