top
Ukrayna yığmasının azərbaycanlı baş məşqçisi: Rəqiblər boksçularımızın adını eşidəndə qorxuya düşürlər - MÜSAHİBƏ Idman.biz
01 may 2025, 15:32
- ↺ +

Ukrayna yığmasının azərbaycanlı baş məşqçisi: "Rəqiblər boksçularımızın adını eşidəndə qorxuya düşürlər" - MÜSAHİBƏ

Boks üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisi Heybət Qasımovun AZƏRTAC-a müsahibəsi

- Zəhmət olmasa, əvvəlcə özünüz barədə ətraflı məlumat verin…

- Mən 1959-cu il martın 15-də Quba rayonunun Xanəgah kəndində anadan olmuşam. Hərbi xidməti başa vurduqdan sonra 1982-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərinə gəldim, burada İdman Akademiyasına daxil oldum. Akademiyanı bitirdikdən sonra isə məni iş və evlə təmin etdilər. Azərbaycanda isə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Boks fəaliyyətimin əsas hissəsi Ukrayna ilə bağlı olub. Məşqçilikdən əvvəl özüm də boksla məşğul olmuşam.

- İdmançı və məşqçi kimi hansı uğurlara imza atmısınız?

- Boksçu kimi Ukrayna çempionatında iştirak etmişəm. Məşqçi kimi tələbələrim beynəlxalq yarışlarda uğurlu nəticələr qazanıblar. Yetirməm Elvin Əliyev 7 dəfə Ukrayna çempionu olub. Eyni zamanda, elitada ikiqat çempionluğa sahibdir. Hazırda Ukraynada ən tanınmış boksçulardan biridir.

- Azərbaycan Boks Federasiyasından kimlərlə əlaqəniz var?

- Hazırda gənclərdən ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov, əsas millinin böyük məşqçisi Nəriman Abdullayev və Azərbaycan Boks Federasiyasının keçmiş prezidenti Ağacan Abıyevlə əlaqələrim var. Ağacan müəllimlə Mərakeşdə keçirilən turnir zamanı görüşmüşdüm.

- Bir az əvvəl yetirməniz Elvin Əliyevin Ukraynada uğurla çıxış etdiyini dediniz. Bəs, Ukraynada boksla məşğul olan başqa həmyerlilərimiz də varmı?

- Odessa şəhərində Azər Mustafayev ilə Nürəddin Əlibəyli kimi Əməkdar məşqçilər var. Hazırda olduqları şəhərin İdman Akademiyasında dərs deyirlər. Onlarla fəxr edirik. Ümumiyyətlə, Ukraynada yaşayan azərbaycanlılar arasında boksa maraq çoxdur. Hətta 2024-cü ildə Lvov şəhərində böyüklər arasında keçirilən ölkə çempionatında üç həmyerlimiz qızıl medal qazanıb.

- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?

- 2012-ci ildə Bakıda keçirilmiş turnirdə iştirak etmişdik. Harada olmağımdan asılı olmayaraq, Azərbaycan mənim Vətənimdir. Sonuncu dəfə pandemiyadan öncə Bakıya səfər etmişdik. Qohumlarım orada yaşayır. Onlarla tez-tez əlaqə saxlayıram. Qardaşım isə Xaçmazda yaşayır.

- Ukrayna və Azərbaycan boksunu necə müqayisə edərdiniz?

- Əsas fərq maliyyə ilə bağlıdır. Məsələn, Ukraynanın bir çox idmançısı Serbiyadakı Gimnaziada İdman Oyunlarına öz hesabına getmişdi. Ukraynada müharibə şəraitində yaşasaq da, idmana maraq heç vaxt itmir. Azərbaycanda güləş və cüdo idman növləri yüksək səviyyədə inkişaf edir. Boks da nəticələr yaxşıdır. Açığı, rəqiblər Azərbaycan boksçularının adını eşidəndə qorxuya düşürlər.

- Ukrayna boksunun məşhur simaları olan Vitali və Vladimir Kliçko qardaşları ilə münasibətiniz varmı?

- Onlarla yox, amma məşqçiləri ilə yaxın dostam. Mənim evimə tez-tez gəlib-gedir. Kliçko qardaşları Ukrayna boksunun təməlini qoyublar. Hər ikisi həqiqətən də Ukrayna üçün böyük işlər görüb. Ukraynanın digər tanınmış boksçusu Aleksandr Usiklə isə yaxşı münasibətim var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Bu gün, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Bu gün, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Bu gün, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
Dünən, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
Dünən, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Oxşar xəbərlər