top
UFC döyüşçülərindən Bakı turniri ilə bağlı ilk reaksiyalar: Şou və proqnozlar Idman.biz
13 may 2026, 14:41
- ↺ +

UFC döyüşçülərindən Bakı turniri ilə bağlı ilk reaksiyalar: Şou və proqnozlar

Bakıda baş tutacaq "UFC Fight Night" turnirinin iştirakçıları artıq Azərbaycandakı gələcək çıxışları ilə bağlı ilk reaksiyalarını verməyə başlayıblar.

İdman.Biz xəbər verir ki, qarşıdakı döyüşlər arasında ən diqqətçəkən açıqlama iyunun 27-də Şarabutdin Maqomedovla qarşılaşacaq Mişel Pereyradan gəlib. Braziliyalı döyüşçü sosial şəbəkə hesabında azərbaycanlı azarkeşlərə müraciət edərək Bakıya yalnız qələbə qazanmaq üçün deyil, həm də yaddaqalan şou göstərmək üçün gəldiyini vurğulayıb.

"Bakı, gəlirəm! İyunun 27-də Azərbaycanda azarkeşlər üçün şou göstərək!" - deyə braziliyalı sosial şəbəkədə yazıb və paylaşımına "UFC Baku" teqini əlavə edib.

Çarlz Conson da azarkeşləri fəal şəkildə prosesə cəlb edib. Asu Almabayevə qarşı döyüşəcək ABŞ-li izləyicilərinə qarşılaşmanın necə başa çatacağını əvvəlcədən təxmin etməyi təklif edib:

"İndi deyin - hər şey necə bitəcək: vaxtından əvvəl qələbə, hakimlərin qərarı, yoxsa ustad dərsi? Əgər düzgün tapsanız, bəlkə sizə cavab verə bilərəm", - deyə Conson qeyd edib.

Nursulton Ruziboyev isə qısa, amma emosional reaksiya verib. Andrey Pulyaevlə döyüşəcək özbəkistanlı idmançı paylaşımında "27 iyun, Bakı" yazaraq dini məzmunlu "In Shaa Allah" ifadəsini əlavə edib. Turnirin digər iştirakçısı Daniil Donçenko isə döyüş müqaviləsinin imzalandığını bildirib və lakonik şəkildə "Bakıda görüşərik" yazıb.

Yerli azarkeşlər üçün ayrıca maraq doğuran məqam azərbaycanlı döyüşçü Fərman Həsənovun debütüdür. UFC-nin Avropa bölməsi onu rəsmi olaraq təşkilatda salamlayıb və Bakıda keçiriləcək turnirdə Erik Nolanla döyüşəcəyini elan edib.

Kardın digər iştirakçıları, o cümlədən Rafael Fiziyev, Manuel Torres, Şarabutdin Maqomedov, İkram Aliskerov, Brunno Ferreyra, Bekzat Almaxan, Yan Matsumoto və digərləri isə hələlik əsasən qarşıdakı turnirin anonsları, afişa repostları və UFC paylaşımları ilə kifayətlənirlər.

Xatırladaq ki, Bakıda baş tutacaq "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşması Rafael Fiziyevlə Manuel Torres arasında olacaq. Bundan əlavə, Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə döyüşəcək, Fərman Həsənov isə ABŞ-li Erik Nolanla üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Oxşar xəbərlər