top
UFC Bakı: Vettori-Naurdiyev Döyüşünə Əvəz Tapıldı, Ofli-Reyes Döyüşü Əlavə Olundu Idman.biz
25 may 2026, 15:51
- ↺ +

UFC Bakı: Vettori-Naurdiyev Döyüşünə Əvəz Tapıldı, Ofli-Reyes Döyüşü Əlavə Olundu

Görünür, UFC Bakıdakı turnirdə baş tutmayacaq Marvin Vettori - İsmayıl Naurdiyev döyüşünə operativ şəkildə əvəz tapıb.

İdman.Biz xəbər verir ki, MMA insayderi Stiv Dankan sosial şəbəkələrdə "UFC Fight Night Baku" turnirinin kardına Kaan Ofli ilə Xavier Reyes arasında döyüşün əlavə olunduğunu bildirib.

Döyüş yarımyüngül çəkidə keçiriləcək. Ofli Avstraliyanı təmsil edir, lakin türk köklərinə malikdir. 32 yaşlı döyüşçü Melburnda anadan olub və UFC-də "Genghis" ("Çingiz") ləqəbi ilə çıxış edir. Onun rəqibi Xavier Reyes Kolumbiyanı təmsil edir.

Daha əvvəl məlum olmuşdu ki, Marvin Vettori zədə səbəbindən Bakı turnirinin kardından çıxıb. İtaliyalı döyüşçü orta çəkidə İsmayıl Naurdiyevlə qarşılaşmalı idi. Lakin hazırlıq zamanı qabırğasından zədə aldığı üçün iyunun 27-də keçiriləcək turnirdə iştirak edə bilməyəcək.

Bununla belə, UFC hələlik Naurdiyevin yeni rəqiblə kardda qalıb-qalmayacağını və ya döyüşün təxirə salınacağını rəsmi şəkildə açıqlamayıb. İstisna deyil ki, Amerika promouşeni Naurdiyev - Vettori döyüşünü növbəti turnirlərdən birinə keçirsin.

"UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas hadisəsi yüngül çəkidə Rafael Fiziyevlə Manuel Torres arasında baş tutacaq döyüş olacaq.

Əsas karddan əvvəlki döyüşlər

Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Orta çəki: Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Orta çəki: İkram Aliskerov (Rusiya) - Brunnu Ferreyra (Braziliya)

Ən yüngül çəki: Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Orta çəki: Mixal Olekseyçuk (Polşa) - Abusupiyan Maqomedov (Almaniya)

Orta çəki: İsmayıl Naurdiyev (Avstriya) - rəqib dəqiqləşdirilir

İlkin qarşılaşmaların proqramı

Ağır çəki: Rizvan Kuniyev (Rusiya) - Tayrell Forçun (ABŞ)

Orta çəki: Nursulton Ruziboyev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)

Yarımağır çəki: Culius Uoker (ABŞ) - Abdul-Rahman Yaxyayev (Türkiyə)

Yüngül çəki: Bekzat Almaxan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)

Yarımorta çəki: Daniil Donçenko (Ukrayna) - Andreas Qustafsson (İsveç)

Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Yarımorta çəki: Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)

Yarımyüngül çəki: Kaan Ofli (Avstraliya) - Xavier Reyes (Kolumbiya)

Əlavə edək ki, döyüşlərin yekun sıralanması turnirə yaxın dəyişə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Futbol
Bu gün, 17:38

“Şimal”ın baş məşqçisi böyükhesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 17:23

“Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq

Futbol
Bu gün, 17:23

Şamaxının ev stadionunda işıqlandırma sistemi quraşdırılır

Futbol
Bu gün, 17:20

“Mənə “qırmızı”nı niyə göstərdiyini özüm də anlamadım” - Qəribə səbəb göstərdi

Futbol
Bu gün, 17:16

Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Futbol
Bu gün, 17:10

PSJ rusiyalı qapıçını komandada saxlayır

Futbol
Bu gün, 17:10

Arda Gülər Yamalı qabaqladı

Futbol
Bu gün, 17:09

“Marafon”dan darmadağın, “Şəmkir”dən inamlı qələbə

Cüdo
Bu gün, 17:04

“Övladınızın fiziki və ruhən güclü olmağını istəyirsinizsə, onu kunq-fu sandaya yazdırın” - Toğrul Mikayılovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 17:03

«Real»dan Endriklə bağlı açıqlama

Futbol
Bu gün, 17:00

UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi

Futbol
Bu gün, 17:00

“AFFA-nın və sponsorların bizdən xəbəri yoxdur, klubumuzun prezidenti yalançıdır”

Qarabağ FK
Bu gün, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Futbol
Bu gün, 16:44

İsveçdə qəribə hadisə: Azarkeşlər öz komandalarının qaçırdığı penaltini qol kimi qeyd etdilər - Video

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Basketbol
Bu gün, 16:40

Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb

Futbol
Bu gün, 16:34

Günəş tutulmasını izləyən futbolçu əməliyyat olundu

Basketbol
Bu gün, 16:34

Ermənistan Bakıda keçiriləcək “Avrobasket-2027”də iştirak üçün müraciət edib

Digər
Bu gün, 16:26

Azərbaycan idmançıları Avropa turnirində 10 medal qazandılar - FOTO

Oxşar xəbərlər