Boks üzrə U-15 Azərbaycan Kubokunun qalibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, yarışda 39 komandanın 97 boksçusu mübarizə aparıb.
Dörd gün davam edən döyüşlərdə 17 çəki dərəcəsi üzrə ölkənin ən güclüləri müəyyənləşib.
Qaliblər oktyabrda Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında Azərbaycan millisinin heyətində yer alacaqlar.