top
Tofiq Musayevlə döyüş öncəsi Bahamondes: Duşda gizlicə ağlayırdım Idman.biz
25 mart 2026, 16:14
- ↺ +

Tofiq Musayevlə döyüş öncəsi Bahamondes: "Duşda gizlicə ağlayırdım"

Çilili yüngül çəki döyüşçüsü İqnasio Bahamondes azərbaycanlı rəqibi Tofiq Musayev ilə döyüş öncəsi səmimi açıqlamaları ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Tofiq Musayev - İqnasio Bahamondes qarşılaşması martın 28-də Sietldə keçiriləcək "UFC Fight Night: Adesanya vs Pyfer" turniri çərçivəsində baş tutacaq.

Ən diqqətçəkən məqam Bahamondesin son aylardakı psixoloji vəziyyəti ilə bağlı etirafı olub. O, podkastrer Shelao ilə söhbətində bildirib ki, UFC-nin uzun müddət ona döyüş verməməsi səbəbindən ağır dövr keçirib:

"Bu, qəribə vəziyyət idi. Əvvəlcə qəzəb hiss edirdim ki, UFC mənə döyüş vermir, sonra bu narahatlığa çevrildi və sonda depressiyaya düşdüm. Mənə döyüş lazım idi, oktaqona çıxmaq istəyirdim. Bir gün məşqdən sonra artıq tam tükənmiş halda duşa girdim və orada ağladım ki, heç kim görməsin".

Çilili döyüşçü oktaqona qayıdış şansını necə əldə etdiyini də xatırladıb. O bildirib ki, son döyüşünü 21 iyun 2025-ci ildə Bakıda keçirib və hakimlərin yekdil qərarı ilə Rafael Fiziyevə uduzub.

"Dedim ki, Allahım, mənə bir şans ver, istənilən vaxt hazır olacağam. Ertəsi gün qısa müddətdə döyüş təklif ilə bağlı zəng gəldi. Mən də qəbul etdim. Bəlkə bir az daha çox vaxt istərdim, amma hər şeyin öz zamanı var", - deyə o qeyd edib.

"The Clinic" nəşrinə müsahibəsində Bahamondes Musayevlə döyüşə də toxunub və məğlubiyyətlərdən düzgün nəticə çıxarmağın vacibliyini vurğulayıb:

"Bu idman çox sürətlidir. Saniyələr içində plan dəyişməlidir və hər detal nəticəyə təsir edə bilər".

Döyüşün mümkün ssenarisi barədə danışan idmançı bildirib ki, komandasının hazırladığı plana sadiq qalmaq əsas şərtdir:

"Biz bütün variantlara hazırıq. Fiziyevlə döyüşdə plan dəyişmişdi, amma bu dəfə hər şeyə uyğunlaşmağa hazırıq. Musayevi məğlub etmək üçün plana əməl etməli və komandamın göstərişlərinə diqqətlə yanaşmalıyam".

Bahamondes rəqib tapmaqda yaşadığı çətinliklərə də toxunub:

"Matçmeykinq çox dəyişkəndir. Planlaşdırılan bir çox döyüşlər baş tutmur. Uzun müddət döyüş istəyirdim, amma rəqiblər imtina edirdi. Bu dəfə şans verildi və qəbul etdim".

Qeyd edək ki, Tofiq Musayev də UFC-də ilk və hələlik yeganə döyüşünü 21 iyun 2025-ci ildə Bakıda keçirib və qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:48

Football Whispers “Borussiya”nın “Sabah” üzərində 3:1 hesabını proqnozlaşdırdı

Futbol
Bu gün, 03:12

Konseysau, Ronaldo və Jesús arasındakı münaqişəyə dair fikirlərini bildirdi

Futbol
Bu gün, 02:47

Dortmund rəhbəri “Sabah”ın gücünü etiraf edərək, Bakıdakı oyunda qələbə hədəfi qoydu

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Futbol
Dünən, 22:32

UEFA FIFA-ya ultimatum: İnfantino və idarəçiliyi barədə sənədlər tələb olunur

Futbol
Dünən, 22:27

Monza 4-0 ilə Kalya'yı məğlub edərək məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Dünən, 22:25

Kriştianu Ronaldonun Portuqaliya milli komandası oyunlarından bir ay müddətinə uzaqlaşdırılması

Oxşar xəbərlər