top
Tofiq Musayev qayda pozuntusu iddialarına aydınlıq gətirdi Idman.biz
29 mart 2026, 16:15
- +

Tofiq Musayev "qayda pozuntusu" iddialarına aydınlıq gətirdi

Azərbaycanlı döyüşçü Tofiq Musayev Sietldə keçirilən "UFC Fight Night 271" turnirində çilili İqnasio Bahamondes üzərində qazandığı qələbədən sonra ünvanına səslənən iddialara cavab verib. Sosial şəbəkələrdə müzakirə olunan iki məqam - qəfəsə toxunma və mümkün kəllə zərbəsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz hər iki epizodun qəsdən olmadığını və döyüşün təbii axarında baş verdiyini bildirib.

Musayev qəfəsə toxunma barədə bunları deyib:

"Mübarizə zamanı əlim qəfəsə toxundu, bu, qəsdən deyildi. Döyüşdən əvvəl hakim bizə xəbərdarlıq etmişdi ki, qəfəsdən yapışmaq olmaz. Mən də qaydalara əməl etməyə çalışırdım".

Kəllə zərbəsi ilə bağlı iddialara isə idmançımız belə aydınlıq gətirib:

"Ona kəllə ilə zərbə vurmaq niyyətim yox idi. Sadəcə, rəqibə yaxın olmaq və onun ağrıdıcı fənd işlətməsinə imkan verməmək üçün başımla çənəsinin altından nəzarət etməyə çalışırdım. Burada heç bir qayda pozuntusu (fol) olmayıb".

Tofiq Musayev həmçinin qeyd edib ki, rəqibi Bahamondes döyüşdən sonra ona heç bir irad bildirməyib və aralarında hər hansı narazılıq yaşanmayıb.

Xatırladaq ki, bu qarşılaşma Musayevin UFC-dəki ilk rəsmi qələbəsi kimi tarixə düşüb və hakimlərin yekdil qərarı ilə başa çatıb. O, döyüşü qırıq əllə davam etdirib. Musayev və Bahamondes arasındakı qarşılaşma gecənin ən yaxşı döyüşü ("Fight of the Night") seçilib və buna görə həmyerlimiz böyük pul mükafatı alıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Donald Tramp İnfantinonun BMT baş katibi olmasını istəyir

Futbol
Bu gün, 07:14

"Marsel" Memfis Depayın transferi ilə maraqlanır

Futbol
Bu gün, 06:10

Luka Modriçin Xorvatiya millisindən ayrılma vaxtı belli oldu

Boks
Bu gün, 05:15

Aleksandr Usik vida döyüşünün vaxtını açıqlayıb

Futbol
Bu gün, 04:17

Real Madrid Rodri ilə bağlı mövqeyini dəyişib

Futbol
Bu gün, 03:13

FİFA prezidenti Canni İnfantino Argentina millisinə təşəkkür edib

Futbol
Bu gün, 02:11

Dieqo Simeone Argentina millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 01:46

Çelsi Morqan Rocerslə müqavilə imzaladı

Futbol
Bu gün, 01:25

Skaloni: İspaniya daha yaxşı idi, bu səbəbdən biz uduzduq

Futbol
Bu gün, 01:05

Azərbaycan klubları Avropa yarışlarında yeni rekord qeydə alıb

Futbol
Bu gün, 00:44

Aleks Ferqyuson Kevin Kiqanin xatirəsinə hörmət bikini

Qarabağ FK
Bu gün, 00:30

Mario Lemina daha 2 il Qalatasarayda

Futbol
Bu gün, 00:24

Fransız keçmiş futbolçu Deşamı tənqid edib

Futbol
Dünən, 23:54

Tramp DÇ-2026-da təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirdi

Basketbol
Dünən, 23:24

20 yaşlı amerikalı qadın basketbolçu avtomobil qəzasında həlak olub

Futbol
Dünən, 23:09

"Lex" "Orhus"u darmadağın edib

Futbol
Dünən, 22:57

Serjiu Konseysau Belçika millisinin baş məşqçisi vəzifəsinə namizəddir

Futbol
Dünən, 22:41

Valdas Dambrauskas: “Qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam”

Futbol
Dünən, 22:27

Nikolas Otamendi Argentina milli komandasından ayrıldı

Futbol
Dünən, 22:25

Turan Tovuz Akademiyası futbolçular seçimi keçirəcək

Futbol
Dünən, 22:12

Luka Modriç “Milan”la yeni müqaviləni imzalayıb

Futbol
Dünən, 21:58

Sabah" UEFA Çempionlar Liqasında "KuPS"a qalib gəlib

Güləş
Dünən, 21:26

Ermənistan güləşçiləri Bakıda U-17 Dünya Çempionatında iştirak edəcək

Futbol
Dünən, 21:19

Karvan-Yevlax" transferləri davam etdirir

Oxşar xəbərlər