top
Taekvondo millisinin baş məşqçisi dünya çempionatına hazırlıqdan danışdı: Məmməd Abdullayevdən müsahibə Idman.biz
22 sentyabr 2025, 16:43
- ↺ +

Taekvondo millisinin baş məşqçisi dünya çempionatına hazırlıqdan danışdı: Məmməd Abdullayevdən müsahibə

Azərbaycanın taekvondo üzrə milli komandası "Polish Open" beynəlxalq turnirində uğurla çıxış edərək bir qızıl və iki bürünc medal qazanıb.

Turnirdən sonra yığmanın baş məşqçisi Məmməd Abdullayev İdman.biz-ə müsahibə verib.

– Minayə Əkbərova ardıcıl ikinci turnirdə qalib gəldi. Bu, qadın taekvondosunda yeni liderin ortaya çıxması deməkdir?

– Mən bunu "yeni lider" kimi xarakterizə etməzdim. Minayənin 24 yaşı var və uzun müddətdir millidə çıxış edir. Daim yaxşı nəticələr göstərib. Sadəcə, o, bəzən Patimat Abakarova və Fəridə Əzizovanın kölgəsində qalıb. Amma nailiyyətləri də az deyil – Avropa çempionatının bürünc, İslam Oyunlarının gümüş medalçısıdır.

– Noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək İslam Oyunları ilə bağlı nə deyə bilərsiniz?

– Hələlik bütün diqqətimizi oktyabrda Çində keçiriləcək dünya çempionatına yönəltmişik. Noyabr barədə danışmaq üçün tezdir.

– Komanda bu yarışlara nə qədər hazırdır? Nəzərə alsaq ki, son dünya çempionatında, Bakıda biz uğursuzluğa düçar olduq və medalsız qaldıq…

– Mən proqnoz verməyi sevmirəm və bəhanə gətirməyi də düzgün hesab etmirəm. Amma onu deyim ki, kişilərdən ibarət komandanın lideri, Olimpiya Oyunlarının gümüş medalçısı Qaşım Məmmədov hələ də ağır zədədən sonra bərpa prosesini keçir. Buna baxmayaraq, həm oğlanların, həm də qızların medal şansı var.

– Son dəfə dünya çempionatında qızıl medalı Milad Harçəqani 2019-cu ildə qazanıb. 2023-cü ildə Bakıda isə ümumiyyətlə medalsız qaldıq. Bəlkə artıq konkret hədəf qoymaq lazımdır?

– Məqsəd birdir – mümkün qədər yaxşı çıxış etmək. Biz dünya çempionatında uğur qazanmaq və medal əldə etmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Ən azı, evdə keçirilən çempionatda yaşadığımız uğursuzluğu unutdurmaq istəyirik.

Vüqar Vüqarlı, İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Oxşar xəbərlər