top
Suad Səlimova: UFC-də özümü sübut etmək istəyirəm, çətin olsa da, sonuna qədər gedəcəm Idman.biz
26 sentyabr 2025, 15:25
- ↺ +

Suad Səlimova: UFC-də özümü sübut etmək istəyirəm, çətin olsa da, sonuna qədər gedəcəm

Azərbaycan MMA döyüşçüsü Suad Səlimova karyerasında yeni mərhələyə qədəm qoyur. Yaxın günlərdə o, Las-Veqasda UFC çempionu Merab Dvalişvili və azərbaycanlı döyüşçü Nazim Sadıxovla görüşərək ondan dəstək və motivasiya alıb.

Suad Səlimova İdman.biz-ə müsahibəsində planlarından, qarşıdakı döyüşdən və məqsədlərindən danışıb.

– Fevralda "Montpelye"də son döyüşünüzdə fransız rəqibinizi məğlub etdiniz. Ondan sonra karyeranızda nə dəyişdi və hazırda hansı hazırlıqları görürsünüz?

– Həmin döyüş mənim üçün vacib dönəm oldu. Qələbə mənə doğru yolda olduğumu göstərdi. İndi növbəti döyüşüm üçün "Montpelye"də hazırlaşıram. Bu döyüş mövsümü bağlamaq və 2026-cı ildə yeni səviyyəyə keçmək üçün böyük əhəmiyyət daşıyır.

– Las-Veqasda Merab Dvalişvili və Nazim Sadıxovla görüşünüz necə keçdi?

– Bu görüşlər mənim üçün çox qiymətli oldu. Merab əmək, disiplin və iradənin simvoludur, onun "özünə inan və sonuna qədər çalış" sözləri məni ruhlandırdı. Nazimlə söhbətimiz isə daha şəxsi xarakter daşıyırdı; biz həmvətənik və bu hiss mənim üçün çox təsirli oldu. Onun tövsiyələri diqqətimi toplamağa və düzgün qərarlar verməyə kömək etdi.

– UFC-nin Bakı turniri barədə nə düşünürsünüz?

– Bu, çox vacib addımdır. Azərbaycanın dünya arenasında ciddi qüvvə olduğunu göstərir. Döyüşə çıxanda Azərbaycan bayrağını qürurla qaldırıram. Bu, həm də ölkəmə olan sevgimin göstəricisidir.

– "Dəmir qız" ləqəbinə münasibətiniz necədir?

– Bu ləqəbi özüm seçmişəm. "Dəmir" möhkəmlik və iradənin simvoludur. Həyatda daha yumşaq ola bilərəm, amma döyüşdə güclü və qətiyyətliyəm. "Dəmir qız" mənim xarakterimi və döyüş ruhumu əks etdirir.

– Növbəti döyüşünüzdə əsas məqsədiniz nədir?

– Bu döyüş mənim üçün mövsümü bağlamaq və 2026-cı ilə hazırlıq baxımından əhəmiyyətlidir. İstəyirəm ki, bütün bacarıqlarımı və gücümü göstərim. Qələbə həm də il ərzində qazandığım təcrübəni tamamlayacaq.

– Qısa və uzunmüddətli məqsədləriniz hansılardır?

– Qısa müddətli məqsədim müntəzəm döyüşlərdə iştirak etmək və sabit qələbələr qazanmaqdır. Uzunmüddətli məqsədim isə böyük beynəlxalq təşkilatlarda döyüşməkdir. "UFC"də özümü sübut etmək istəyirəm. Mən bilirəm, çətin olacaq, amma mən "Dəmir qız"am və sonuna qədər gedəcəm.

– Azərbaycanda idmana dəstək və gələcək planlarınız nədir?

– Bakıda az sayda qadın MMA döyüşçüsü var. Hər birinin dəstəyi mənim üçün çox dəyərlidir.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Oxşar xəbərlər