top
Rafael Fiziyev UFC reytinqinin ilk onluğundan kənarda qaldı Idman.biz
08 aprel 2026, 14:30
- ↺ +

Rafael Fiziyev UFC reytinqinin ilk onluğundan kənarda qaldı

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsi üzrə reytinqinin ilk onluğunu tərk edib.

İdman.Biz xəbər verir ki, təşkilatın yenilənmiş siyahısında o, 11-ci pillədə qərarlaşıb.

Fiziyev növbəti reytinq yenilənməsindən sonra bir pillə geriləyib. Eyni zamanda braziliyalı Renato Moykanu "UFC Fight Night: Moicano vs Duncan" turnirində ikinci raundda şotlandiyalı Kris Dankanı arxadan boğma fəndi ilə məğlub edərək 9-cu sıraya yüksəlib. Qeyd edək ki, bundan əvvəl Moykanu Fiziyevlə birlikdə 10-cu pilləni bölüşürdü, lakin indi daha yuxarı qalxıb. Digər braziliyalı Maurisio Ruffi isə 9-cu yerdən 10-cu yerə geriləyib, azərbaycanlı Fiziyev isə ilk onluqdan kənarda qalıb.

Hazırda UFC-nin yüngül çəki üzrə top-10 reytinqi belədir: 1. Castin Qeyci, 2. Arman Sarukyan, 3. Çarlz Oliveyra, 4. Maks Hollouey, 5. Benua Sen-Deni, 6. Paddi Pimblett, 7. Den Hanker, 8. Mateuş Qamrot, 9. Renato Moykanu, 10. Maurisio Ruffi. Divizionun çempionu İliya Topuriyadır.

Digər azərbaycanlı yüngül çəkilərə gəlincə, nə Nazim Sadıxov, nə də Tofiq Musayev hazırda UFC-nin rəsmi top-15 siyahısına daxil deyil. Bununla belə, nüfuzlu "FightMatrix" portalının reytinqində Sadıxov 79-cu, Musayev isə 30-cu pillədə qərarlaşıb.

Musayevin göstəricilərində xüsusilə ciddi sıçrayış qeydə alınıb. O, çilili İqnasio Baxamondes üzərində qələbədən sonra reytinqdə xeyli irəliləyib. Belə ki, 2026-cı il yanvarın 1-də "FightMatrix" siyahısında 83-cü yerdə olan azərbaycanlı son yenilənmədə 30-cu pilləyə yüksəlib.

Xatırladaq ki, Tofiq Musayev son döyüşündə "UFC Fight Night: Adesanya vs. Pyfer" turnirində çilili İqnasio Baxamondesi hakimlərin yekdil qərarı ilə məğlub edib. Hər iki döyüşçü təşkilat tərəfindən 100 min dollar məbləğində bonus qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər