"Ataman" ləqəbli azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev bu dəfə idman arenalarından kənar xoşagəlməz hadisə ilə gündəmə gəlib. UFC ulduzu Taylandda istirahət edərkən yıxılıb.
İdman.Biz xəbər verir ki, son dövrlər karyerasında eniş yaşayan Fiziyev - UFC-də keçirdiyi son beş döyüşün dördündə məğlub olub - dincəlmək üçün yollandığı Taylandda təpədən sürüşərək yıxılıb.
Fiziyevin pərəstişkarları sosial şəbəkələrdə döyüşçüyə dəstək ismarışları ünvanlayaraq onun döyüşqabağı zədələnməməsini, yenidən oktaqona qayıtmasını arzulayıblar.