top
Məhəmməd Abdullayev Rusiya Yığmasına Qarşı Döyüşəcək Idman.biz
10 aprel 2026, 13:03
- ↺ +

Məhəmməd Abdullayev Rusiya Yığmasına Qarşı Döyüşəcək

Azərbaycanlı boksçu Məhəmməd Abdullayev Rusiya yığmasına qarşı keçiriləcək görüşdə dünya komandasının heyətində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, "Ağır çəkililərin döyüşü" adlı boks gecəsi mayın 1-də Kalininqrad şəhərində baş tutacaq.

Qarşılaşma peşəkar boks qaydaları ilə keçiriləcək və beş döyüşü əhatə edəcək. Azərbaycanlı boksçunun rəqibi Voronej əsilli Vladislav Vişev olacaq.

Hazırda peşəkar boksda Məhəmməd Abdullayev bir döyüş keçirib və ötən il Bakıda kolumbiyalı Kristian Salcedo üzərində qələbə qazanıb. Bundan əlavə, onun aktivində həvəskarlar arasında dünya çempionatının üç bürünc medalı var. Bir neçə gün əvvəl isə boksçu Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibi olub.

Azərbaycanlı boksçunun rəqibi, rusiyalı Vladislav Vişevə gəlincə, Rusiya Boks Federasiyasının məlumatına görə, 30 yaşlı idmançının peşəkar karyerasında yeddi qələbə və üç məğlubiyyət var, o cümlədən iki döyüşü nokautla başa vurub. Son qarşılaşmasını 24 iyul 2024-cü ildə Moskvada keçirən Vişev İslam Txaşuqoyev üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

Axşamın əsas döyüşündə isə həvəskarlar arasında 2025-ci ilin dünya çempionu və ikiqat Rusiya çempionu David Surov meksikalı Kevin Martinez ilə üz-üzə gələcək. Rəsmi anonsda qeyd olunur ki, Martinesin göstəricisi 14 qələbə və bir məğlubiyyətdən ibarətdir, o, keçirdiyi döyüşlərin onunda nokautla qələbə qazanıb və Meksikanın aparıcı ağırçəkili boksçularından biri hesab olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Oxşar xəbərlər