Las-Veqasda keçirilən UFC turnirinin əsas qarşılaşması erkən başa çatıb.
İdman.Biz xəbər verir ki, UFC Veqas 113 çərçivəsində oktaqona amerikalı Mario Bautista və braziliyalı Vinisius de Oliveyra çıxıblar.
Döyüş Bautistanın vaxtından əvvəl qələbəsi ilə yekunlaşıb. İkinci raundun sonlarında amerikalı idmançı boğucu fəndi dəqiq yerinə yetirib və rəqibini təslim olmağa məcbur edib.
Beləliklə, Mario Bautista gecənin əsas döyüşünü sabmişn ilə qalib başa vuraraq növbəti uğurunu rəsmiləşdirib.