top
Krouford – Kanelo döyüşü XXI əsrin ən çox izlənilən kişi çempionluq döyüşü olub Idman.biz
16 sentyabr 2025, 09:21
- ↺ +

Krouford – Kanelo döyüşü XXI əsrin ən çox izlənilən kişi çempionluq döyüşü olub

İkinci orta çəki dərəcəsində dünya üzrə mütləq çempion titulu uğrunda Terens Krouford və Saul "Kanelo" Alvares arasında keçirilən döyüş bu səviyyədəki qarşılaşmalar üçün rekord televiziya auditoriyası toplayıb.

İdman.biz "Netflix" yayım platformasına istinadən xəbər verir ki, döyüşün rəsmi yayımları dünya üzrə 41 milyondan çox tamaşaçını cəlb edib.

Onlardan 20 milyondan artıq izləyici qarşılaşmanı canlı efirdə izləyib. Servisin versiyasına görə, bu, XXI əsrdə ən çox izlənilən kişi çempionluq döyüşüdür.

Qadınlar arasında 2024-cü ilin noyabrında keçirilən Keti Teylor – Amanda Serrano titul qarşılaşmasını 74 milyon nəfər izləmişdi. Həmçinin, kəmərlər uğrunda keçirilməyən Ceyk Pol – Mayk Tayson döyüşünü təxminən 108 milyon tamaşaçı seyr etmişdi.

Qeyd edək ki, sentyabrın 13-dən 14-nə keçən gecə ABŞ-ın Las Veqas şəhərində Krouford hakimlərin yekdil qərarı ilə Alvaresi məğlub edib və ikinci orta çəkidə dünya üzrə mütləq çempion adını qazanıb. Bununla da o, tarixdə üç fərqli çəki dərəcəsində mütləq çempion titulunu əldə edən ilk boksçu olub.

Amerikalı idmançının peşəkar karyerasında hazırda 42 qələbə və heç bir məğlubiyyət yoxdur. Alvares isə 63 qələbə qazanıb, 3 dəfə uduzub və 2 döyüşü heç-heçə ilə başa vurub. Kroufordla görüşə qədər meksikalı yalnız Floyd Meyvezer və Dmitri Bivoldan məğlubiyyət almışdı.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 14:53

Yuventus Kapitanı: Karyeramın ən çətin dövrlərindən birini yaşayıram

Futbol
Bu gün, 14:50

Ferrán Torres 7 milyon avroya ofis binası aldı

Qarabağ FK
Bu gün, 14:50

“Kəpəz” – “Qarabağ” qarşılaşması ilə bağlı videosüjet

Futbol
Bu gün, 14:45

AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir

Boks
Bu gün, 14:43

UFC döyüşçüsü Tahir Abdullayev: uzun illər sonra qələbə, əziyyətin nəticəsi

Qarabağ FK
Bu gün, 14:40

Qəbələdə Yeton Bekiri: Altı turda 2 qoldan son üç oyunun müqayisəsi

Digər
Bu gün, 14:36

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb: Dohada Ceyk Metyuzu məğlub etdi

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Futbol
Bu gün, 14:15

Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini fasiləyə ehtiyacı olduğunu bildirərək rədd edib

Qarabağ FK
Bu gün, 14:14

Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili

Futbol
Bu gün, 14:10

Manuel Noyer Braziliyadan Münhenə yeni sevgilisi ilə qayıdıb

Futbol
Bu gün, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir;

Futbol
Bu gün, 14:03

“Sabah” – “Barselona” matçına gələnlər üçün gediş haqqı 1 qəpik olacaq

Oxşar xəbərlər