Bir neçə gün komada qalan ABŞ-li qadın boksçu İsis Sio xəstəxanadan evə buraxılıb. O, dərhal azarkeşlərə səslənərək onu birinci raundda ağır nokauta salan rəqibi Joslin Kamarilyoya qarşı tənqidləri dayandırmağı xahiş edib.
İdman.Biz "TMZ Sports" nəşrinə istinadla xəbər verir ki, idmançının ailəsi bununla bağlı xüsusi bəyanat yayıb.
"Döyüşdən sonra Coslinə yönəlmiş neqativ hallar İsisi kədərləndirir və o, azarkeşlərin hər iki idmançıya hörmət və mərhəmət göstərməyə davam edəcəyinə ümid edir", - deyə açıqlamada qeyd olunub.