top
Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib Idman.biz
22 yanvar 2026, 16:55
- ↺ +

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Dövlət Himni səsləndirilib. Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkə boksunda son illər böyük nailiyyətlər əldə olunub: "Ötən ilin dekabrında yeni tarix yazıldı. Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Mamedov dünya çempionu tituluna yiyələndi. O, bununla Azərbaycanda deyil, dünyada ən gənc dünya çempionu tituluna sahib oldu. Sevindirici haldır ki, bu il Azərbaycan çempionatında da gənclərdən böyüklər yaş kateqoriyasına bir çox güclü idmançıların keçdiyini görürük. Bu səbəbdən də yarışda böyük rəqabət olacaq. Çempionatın əhəmiyyəti isə ondan ibarətdir ki, artıq Los-Anceles-2028 Yay Olimpiya Oyunları üçün də seçimlərə başlayırıq. Milli komandanın heyəti formalaşmalıdır. Əminəm ki, birgə səyimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik".

S.Hüseynov boksda infrastrukturun güclənməsi istiqamətində ciddi addımlar atıldığını vurğulayıb: "Ötən il Cənub Regional Boks Mərkəzinin açılışı oldu. Bu il isə Gəncə və Naxçıvanda infrastrukturun gücləndirilməsi istiqamətində ciddi işlər görüləcək. Nəticə qazanan boksçularımız arasında da Bakı ilə yanaşı, regionlarda yetişənlər də kifayət qədərdir. Əminik ki, milli komandalarımızın uğurlu çıxışı davam edəcək. Məşqçi və hakimlərin təlimlərinə də xüsusi diqqət ayrılacaq".

Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) Azərbaycan Boks Federasiyasına dəvət üçün təşəkkür edib. O, yarışın yüksək səviyyədə və ədalətli keçməsi üçün inamla çalışacaqlarını deyib.

Mərasimdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.

Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər