top
Janibek Alimxanulının dopinq testinin nəticəsi müsbət çıxdı: Çempionluq təhlükədədir Idman.biz
21 yanvar 2026, 12:58
- ↺ +

Janibek Alimxanulının dopinq testinin nəticəsi müsbət çıxdı: Çempionluq təhlükədədir

Orta çəki dərəcəsində IBF və WBO versiyaları üzrə hələlik qüvvədə olan dünya çempionu Janibek Alimxanulı ilə bağlı ən pis ehtimallar gerçəkləşib. B dopinq nümunəsinin nəticəsi də müsbət çıxıb.

İdman.Biz xəbər verir ki, A nümunəsində olduğu kimi, B nümunəsində də boksçunun orqanizmində meldonium aşkar olunub. Bu isə Alimxanulı üçün çempionluq kəmərlərinin itirilməsi və böyük ehtimalla azı bir il müddətinə diskvalifikasiya deməkdir.

Qazaxıstan Respublikasının Peşəkar Boks Federasiyasının prezidenti Rahimjan Erdenbekov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, ABŞ-dəki VADA laboratoriyasından daxil olan yekun ekspertiza 34 səhifəlik sənədlə təsdiqlənib və B nümunəsi də dopinq faktını rəsmiləşdirib. Onun sözlərinə görə, Janibek federasiyanın lisenziyalı boksçusu olduğu və son döyüş Astananın ev sahibliyi etdiyi gecədə keçirildiyi üçün hazırda iş federasiyanın yurisdiksiyasındadır. Əsas sual isə qadağan olunmuş maddənin qəsdən, yoxsa bilmədən qəbul edilib-edilməməsidir.

Mütəxəssislərin fikrincə, vəziyyət son dərəcə ağırdır və meldoniumun orqanizmə hansı yolla düşməsi yekun nəticəyə ciddi təsir göstərməyə bilər. Anti-dopinq qaydalarına əsasən əsas meyar maddənin aşkarlanması faktıdır. Maddənin bilərəkdən və ya bilmədən qəbul edilməsi peşəkar boks biznesində çox zaman fərq yaratmır.

Onun ən azı bir il diskvalifikasiya alması ehtimalı demək olar ki, yüz faizə yaxındır.

Çempionluq kəmərləri məsələsində də vəziyyət ümidverici deyil. Janibek yalnız WBO və IBF təşkilatlarının güzəştə getməsi halında titullarından birini və ya hər ikisini saxlaya bilər. Lakin bu ehtimal çox zəif qiymətləndirilir. Hər iki qurum dopinqə qarşı sərt mövqeyi ilə tanınır və titul uğrunda rəsmi iddiaçıların mövcudluğu da Alimxanulının xeyrinə deyil.

Ən ciddi sual isə başqa məqamla bağlıdır: Janibek Alimxanulı bu qalmaqaldan sonra karyerasını yüksək səviyyədə davam etdirə biləcəkmi. Ekspertlərin qənaətinə görə, iş necə başa çatmasından asılı olmayaraq, Alimxanulının üzərində dopinq qalmaqalı kölgəsi qalacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:17

Mbina: “Uşaq vaxtı xəyal qururdum, həyata keçəcəyini düşünməmişdim”

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Oxşar xəbərlər