top
Hüseyn Məmmədli A Seriya turnirinin finalında məğlubiyyətinin səbəbini açıqlayıb Report.az
09 sentyabr 2025, 13:06
- ↺ +

Hüseyn Məmmədli "A Seriya" turnirinin finalında məğlubiyyətinin səbəbini açıqlayıb

Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zaltsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirinin finalında ani səhv qərar səbəbindən məğlub olub.

Bunu "Report"a açıqlamasında idmançı özü deyib.

Karateçi nəticəni qənaətbəxş adlandırıb:

"Bildiyiniz kimi, A Seriya turniri il ərzində dörd dəfə keçirilir. Bu yarış reytinqə xal əlavə etmək üçün əhəmiyyətlidir. Böyüklər arasında 67 kq çəki dərəcəsində gümüş medal qazandım. Uyğun ardıcıllıqla Qvatemala, İtaliya, İngiltərə, Fransa, Kipr və Qazaxıstan idmançılarına qalib gələrək finala yüksəldim. Təəssüf ki, bu mərhələdə italiyalı rəqibimə məğlub oldum. Düşünürəm ki, ani səhv qərar səbəbindən döyüşü əldən verdim. Ümumilikdə nəticəmi qənaətbəxş qiymətləndirirəm. Hazırda yaxşı formadayam. Sadəcə, bir anlıq səhv qərar nəticəni dəyişdirdi".

O, qarşıdakı planlar barədə danışıb:

"Azərbaycanda III MDB Oyunları keçiriləcək. Bu yarışdan əvvəl təlim-məşq toplanışımız olacaq. Yüksək səviyyədə hazırlıq keçəcəyik. Ümid edirəm ki, III MDB Oyunlarında Azərbaycan bayrağını qaldırıb, himnimizin səsləndirilməsinə nail olacağam. Daha sonra İslam Həmrəyliyi Oyunları olacaq. Ardınca dünya çempionatının təsnifat yarışları başlayacaq. Fransanın paytaxtı Parisdə dünya çempionatına lisenziya xarakterli yarış kçeiriləcək və mən də ora qatılacağam. Ümidvaram ki, yüksək nəticələr əldə edəcəyəm. Üzərimizdə əziyyəti olan hər kəsə - federasiya rəhbərliyinə, məşqçilərə dərin təşəkkürümü bildirirəm".

Karate Azərbaycan Karate Federasiyası "Karate-1" A Seriya turniri səhv qərar Gümüş medal
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Oxşar xəbərlər