top
Ekspertlər Bakıda UFC turnirləri və onların əhəmiyyəti barədə danışdılar Idman.biz
23 aprel 2026, 11:49
- ↺ +

Ekspertlər Bakıda UFC turnirləri və onların əhəmiyyəti barədə danışdılar

Bakı UFC təqvimində yerini möhkəmləndirib. Qarışıq döyüş növləri üzrə dünyanın aparıcı liqasının turnirləri ölkəmizdə ən azı 2028-ci ilə qədər keçiriləcək. Müqavilənin müddəti məhz bu tarixədək nəzərdə tutulub.

Artıq bir sıra döyüşçülər və mütəxəssislər bu hadisəyə münasibət bildiriblər və İdman.Biz onların bəzi fikirlərini təqdim edir.

MMA mütəxəssisləri yekdil mövqedədir: UFC coğrafiyasını sistemli şəkildə genişləndirməkdə davam edir. Bunu ikiqat çempionluğa iddiaçı olmuş, hazırda isə analitik və ekspert kimi fəaliyyət göstərən ABŞ-li Çeyl Sonnen də vurğulayıb: "UFC infrastrukturun, dövlət dəstəyinin və tamaşaçının olduğu yerlərə daxil olur. Bakı bu üç meyarın hamısına uyğundur, buna heç bir şübhə yoxdur. İndi maraqlıdır ki, turnirin əsas döyüşündə kim çıxış edəcək".

UFC-də ən nüfuzlu menecerlərdən biri olan Əli Abdel-Əziz isə bu razılaşmanın döyüşçülər üçün əhəmiyyətini qeyd edib: "Bu regionda çox böyük istedad var. Dağıstan, Azərbaycan, Mərkəzi Asiya – bu ərazilərdən olan döyüşçülər artıq dominantlıq edirlər. İndi onların daha çox imkanları yaranacaq".

Abdel-Əziz hesab edir ki, Bakıda keçiriləcək turnirlər UFC-də yeni ulduzların üzə çıxmasını sürətləndirə bilər.

"Bellator"un (UFC-yə alternativ və onun əsas rəqiblərindən biri olan MMA təşkilatı – red.) sabiq çempionu və MMA veteranı Qeqard Musasi UFC-nin Azərbaycanla uzunmüddətli müqaviləsini tam əsaslı sayır: "Bu addım gözlənilən idi. Liqa güclü döyüşçü bazası və fanatların olduğu yerlərə yönəlir. Region uzun müddətdir yüksək səviyyə nümayiş etdirir. Ona görə də genişlənmə tam məntiqlidir".

Britaniyalı ekspert Den Hardi bu razılaşmanı daha böyük strategiyanın bir hissəsi kimi qiymətləndirir: "Başa düşmək lazımdır ki, UFC artıq sadəcə döyüş liqası deyil. Əslində bu, qlobal sistemdir. Onlar dünyanın müxtəlif nöqtələrində platformalar yaradır və Bakı da belə inkişaf mərkəzlərindən birinə çevriləcək. Əgər ötənilki "Fight Night" sınaq xarakteri daşıyırdısa, indi daha çox maraqlı döyüşlər və böyük adlar gözləmək olar", – deyə o bildirib.

Orta çəki dərəcəsində ən nüfuzlu döyüşçülərdən biri, UFC-nin sabiq çempionu Robert Uitakker isə daha əvvəl promouşenin coğrafiyasının genişlənməsi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, yeni bazarlara çıxış liqanın inkişafının qaçılmaz mərhələsidir. O vurğulayıb ki, belə turnirlər idmançılar üçün əlavə imkanlar yaradır, lakin çox şey təşkilatçılıq səviyyəsindən və iştirakçıların keyfiyyətindən asılıdır. Uitakker qeyd edib ki, "genişlənmə idman üçün faydalıdır", amma əsas amil döyüşlərin keyfiyyəti və kardların rəqabətliliyidir.

Bakıda keçiriləcək turnir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Turnirin kardi hələ formalaşma mərhələsindədir və yaxın vaxtlarda gecənin əsas döyüşü rəsmi şəkildə açıqlanacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Oxşar xəbərlər