Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin final görüşləri keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan millisindən 11 boksçu adını finala yayzdırmışdı.
Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tayfur Əliyev (60 kq) və Malik Həsənov (65 kq) qızıl, Bialhəbaşi Nəzərov (50 kq), Zəlimxan Süleymanov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq) və Zaur Qəhrəmanov (65 kq) gümüş medal qazanıblar.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən qarşılaşmada 10 ölkənin "əlcək ustaları" iştirak ediblər.
Foto: İslam Atakişiyev