top
Boks üzrə gənclər arasında Azərbaycan birinciliyində rəqabət yüksək səviyyədə olub Report.az
17 fevral 2026, 16:10
- ↺ +

Boks üzrə gənclər arasında Azərbaycan birinciliyində rəqabət yüksək səviyyədə olub

Boks üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyində rəqabət yüksək səviyyədə olub.

Bunu "Report"a açıqlamasında gənc boksçulardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev bildirib.

Mütəxəssis bəzi çəki dərəcələrində idmançıların ağır döyüşlər keçirdiyini diqqətə çatdırıb:

"Xüsusilə 2009-cu il təvəllüdlü, yeniyetmələrdən gənclərə keçən boksçular bu yarışda özlərini yaxşı tərəfdən göstərdilər. Rəqabət yüksək səviyyədə idi. Ötən ildən millinin tərkibində olan, Avropa birinciliklərində və beynəlxalq turnirlərdə medal qazanan uşaqlar da var idi. Məqsəd hər çəkidə üç komanda formalaşdırmaqdır. İstəyirik ki, beynəlxalq turnirlərdə və toplanışlarda təkcə əsas boksçulara deyil, digərlərinə də şans verək, onları yoxlayaq. 1/4 final və yarımfinal mərhələlərində bərabər səviyyəli döyüşlərin şahidi olduq. Həmin perspektivli uşaqları da komandaya cəlb edəcəyik. Hələ komandalar tam formalaşmayıb".

O, həm qızlar, həm də oğlanlar arasında perspektiv vəd edən boksçuların olduğunu vurğulayıb:

"Çempionatda fərqlənən Nihad Qasımov (55 kq), Əli Əliyev (50 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq) və ağır çəkidə (+90 kq) Səfdər Məmmədzadə ilə Məhəmməd Cəfərov kimi boksçuların çıxışını qeyd edə bilərəm. 60 kq çəki dərəcəsində Toğrul Quliyevlə Əli Baxışovu da fərqləndirmək istərdim. Bu boksçular böyük perspektiv vəd edirlər. Qızların baş məşqçisi İlkin Ağayev çox təcrübəli mütəxəssisdir. Xüsusilə Əminə Tağı və ötən il kikboksinq üzrə Avropa çempionu olan Gülər Hüseynova çox yaxşı təsir bağışladılar. Bizdə qızların boksuna maraq Avropa ilə müqayisədə bir qədər aşağı olsa da, artıq klublarda axın var. Yeniyetmə və gənclər arasında Avropa və dünya miqyasında uğurlarımız var. Qızlar arasında boks getdikcə inkişaf etməyə başlayır".

Baş məşqçi qarşıdakı planlardan da söz açıb:

"Avqustda gənclərin dünya çempionatı və U-19-ların Avropa birinciliyi gözlənilir. Taylandda keçiriləcək turnirə qatılmaq niyyətindəyik. Yaxın günlərdə təlim-məşq toplanışları başlayacaq. Biz orada 50, 55, 60, 65 və 70 kq çəki dərəcələrində təmsil olunacağıq. Bundan əlavə, martda Monteneqronun Budva şəhərində keçiriləcək ənənəvi beynəlxalq turnirə qatılacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Oxşar xəbərlər