top
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş XI ARPACHAY OPEN beynəlxalq karate turniri başlayıb - FOTO Idman.biz
31 yanvar 2026, 12:00
- ↺ +

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş XI "ARPACHAY OPEN" beynəlxalq karate turniri başlayıb - FOTO

Paytaxtda yerləşən Sərhədçi İdman Mərkəzində XI "ARPACHAY OPEN" beynəlxalq karate turnirinin açılış mərasimi təşkil olunub.

İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə reallaşan turnir şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Açılış mərasimində şəhid ailələri və qazilər, Azərbaycan Karate Federasiyasının rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən parlamentin Gənclər və İdman Komitəsinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də yarış üçün ölkəmizə təşrif buyurmuş 12 ölkənin idmançı və rəsmi nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AKF-nin prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev "ARPACHAY OPEN" beynəlxalq karate turnirinin ildən-ilə nüfuzunun artdığını, iştirakçı ölkələrin və idmançıların sayının yüksəldiyini bildirib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov çıxışında bu cür beynəlxalq yarışların gənclərin idmana marağının artırılmasında və Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Turnirin təşkilatçısı Arpaçay Karate Klubunun direktoru, Əməkdar məşqçi Yavər Hüseynov isə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun adından göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Karate Federasiyasının rəhbərliyinə təşəkkür edib, üç gün davam edəcək yarışın iştirakçılarına uğurlar arzulayıb. Qeyd olunub ki, turnirdə bu il 12 ölkədən 1200-ə yaxın idmançı mübarizə aparır.

Tədbirdə şəhid Vüsal Şahmarlının valideynləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər. Ardınca çıxış edən şəhid bacısı, həkim-terapevt Məhəbbət Paşayeva idmana və şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğını xüsusi qeyd edib.

Mərasim çərçivəsində dünya şöhrətli karateçilər Rəfael Ağayev və İrina Zaretska mükafatlandırılıblar. Tədbir bədii hissə ilə davam edib, qonaqlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Sonda isə turnirin ilk final görüşləri keçirilib.

Qeyd edək ki, XI "ARPACHAY OPEN" beynəlxalq karate turniri üç gün davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Qarabağ FK
Bu gün, 09:15

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Futbol
Bu gün, 08:00

Yuventusun yeni baş məşqçisi üçün üç əsas namizəd

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Oxşar xəbərlər