top
Bakı UFC Gecəsi: Döyüşlərin Nəticələri və Azərbaycan Təmsilçiləri - YENİLƏNİR/VİDEO Idman.biz
21 iyun 2025, 22:46
- +

Bakı UFC Gecəsi: Döyüşlərin Nəticələri və Azərbaycan Təmsilçiləri - YENİLƏNİR/VİDEO

Bakıda baş tutan UFC gecəsində daha bir qarşılaşmanın qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, orta çəkidə İsmail Naurdiyevlə (24-7-0, Mərakeş) Pak Çun Yon (18-6-0, Cənubi Koreya) qarşılaşıb.

Görüşün gedişində Pak zədə alsa da, yekunda qalib gəlməyi bacarıb.

***

22:16

Bakıda ilk dəfə keçirilən UFC gecəsində qadınlar arasında daha bir qarşılaşma keçirilib.

İdman.biz xəbər verir ki, yarım yüngül çəkidə Melissa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

Darya hər 3 raundda rəqibindən güclü olaraq, inamlı qələbə qazanıb. Mallins UFC-də ilk məğlubiyyətini alıb.

***

21:45

Bakıda ilk dəfə keçirilən UFC gecəsində daha bir görüşə yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirdə qadınlar arasında ilk döyüş baş tutub.

Yarım yüngül çəkidə İrina Alekseeva (5-2-0, Rusiya) Klaudiya Siqula (6-2-0, Polşa) münasibətlərə aydınlıq gətirib. Polşalı idmançı hər 3 roundda rəqibindən daha yaxşı təsir bağışlayıb. Siqula hakimlərin yekdil qərarı ilə qalib gəlib.

***

21:16

Bakıda ilk dəfə keçirilən UFC turnirində ikinci görüş arxada qalıb.

İdman.biz xəbər verir ki, super yüngül çəkidə Taqir Ulanbekov (16-2-0, Rusiya) və Maksum Azat (17-1-0, Qazaxıstan) qarşılaşıb.

Görüşdə rusiyalı boksçu favorit göstərilirdi. Maksum daha fəal döyüşdə hakimlər Ulanbekovu qalib gədiyini açıqlayıblar. Bu, Taqirin ardıcıl 4-cü qələbəsi olub. Azat isə son iki qarşılaşmada uduzub.

***

20:48

Bu gün Bakıda ilk dəfə UFC turniri start götürüb.

İdman.biz xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night"də ilk döyüş baş tutub.

Ağır çəkidə Hamdi Abdel Vahabla (6-0-0, Misir) Muhammad Usman (11-4-0, Nigeriya) üz-üzə gəlib. Hakimlərin qərarı ilə Usman qalib elan olunub.

***

20:05

Bu gün Bakıda ilk dəfə UFC turniri keçirilir.

İdman.biz xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night"də 12 döyüş baş tutacaq.

Turnirdə Azərbaycan 3 döyüşçü ilə təmsil olunur.

Tarixi gecədə ikinci ən vacib döyüş reytinq cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçiriləcək. Digər təmsilçimiz Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə münasibətinə aydınlıq gətirəcək. UFC-nin debütantı Tofiq Musayev isə qırğız Mıktıbek Oralbayla üz-üzə gələcək.

"UFC Fight Night"in əsas döyüşü isə keçmiş yarım ağır çəki çempionu Camaal Hilllə sabiq kəmər iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.

"UFC Fight Night"

İlkin kart

1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Muhammad Usman (11-4-0, Nigeriya)

4) Yarım yüngül çəki: Melissa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

5) Orta çəki: İsmail Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

6) Super yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas kart, saat 23:00

7) Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)

9) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)

11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)

12) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Jr (14-6-0, ABŞ).

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:40

Tyerri Anri Goal.com-un 21-ci əsrin ən yaxşı Premyer Liqa oyunçuları siyahısına başçılıq edir

Futbol
Dünən, 23:37

"İnter Mayami" Salahla maraqlanır

Futbol
Dünən, 23:35

"Qarabağ" rəsmisi Lissabonda azarkeş bağlılığı mövzusunda təqdimatla çıxış edib

Futbol
Dünən, 23:30

U-19 Azərbaycan milli komandası Litvaya məğlub oldu

Futbol
Dünən, 23:25

"Arsenal" yayda Kvaratsxeliyanı transfer etmək üçün PSJ ilə danışıqlar apara bilər

Futbol
Dünən, 23:09

"Qarabağ" Abdulah Xaybulayevlə Yenidən Maraqlanır

Futbol
Dünən, 23:00

"Neftçi TV"-dən "Bazada 1 gün" - VİDEO

Boks
Dünən, 22:53

Azərbaycan parataekvondoçuları Türkiyə Açıq Beynəlxalq Turnirində daha üç medal qazanıblar - YENİLƏNİB + FOTO

Olimpiada
Dünən, 22:43

MOK Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib

Futbol
Dünən, 22:28

Federiko Valverde "Atletiko" ilə oyundakı qırmızı vərəqə görə bir oyunluq cəza aldı

Futbol
Dünən, 22:25

Romelu Lukaku Belçika Millisinin Heyətindən Kənarlaşdırıldı

Futbol
Dünən, 22:12

Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsində Litvaya darmadağınla məğlub olub

Futbol
Dünən, 22:11

Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsində Litvaya darmadağınla uduzub

Futbol
Dünən, 22:03

Azərbaycan U-19 Litvaya məğlub olaraq seçmə mərhələyə başladı

Cüdo
Dünən, 21:57

Elvin Bağırov Moskvada keçirilən "Sambo təsisçilərinə həsr olunmuş kubok" yarışında bürünc medal qazanıb

Futbol
Dünən, 21:56

İstanbul klubu Dibala'ya təklif göndərib

Olimpiada
Dünən, 21:43

Türkiyə Açıq Beynəlxalq Turnirində daha iki Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Futbol
Dünən, 21:32

CAS Seneqalın AFCON finalında texniki məğlubiyyətə dair apellyasiyasına baxır

Futbol
Dünən, 21:26

Metehan Baltacı həbsdən azad edildi

Olimpiada
Dünən, 21:17

Səmayə Həsənovadan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal

Futbol
Dünən, 21:02

"Qarabağ" FK-nın nümayəndələri Lissabonda EFC-nin tədbirində iştirak edib

Futbol
Dünən, 21:01

Bastoni "Barselona"nın maraq dairəsindədir

Futbol
Dünən, 20:58

"Qalatasaray" Yaser Asprilyanı satın almayacaq

Tennis
Dünən, 20:37

Azərbaycanın gənc stolüstü tennisçiləri Avrasiya Liqasında yarışacaq

Oxşar xəbərlər