top
Bakı UFC Fight Night: Ələsgərov-Ferreyra döyüşü təsdiqləndi, Maqomedov-Pereyra ehtimalı müzakirə olunur Idman.biz
19 mart 2026, 12:57
- ↺ +

Bakı UFC Fight Night: Ələsgərov-Ferreyra döyüşü təsdiqləndi, Maqomedov-Pereyra ehtimalı müzakirə olunur

İyunun 27-də Bakıda keçirilməsi planlaşdırılan UFC turniri tədricən real konturlar almağa başlayır.

İdman.Biz xəbər verir ki, hazırda ən dəqiq təsdiqlənmiş döyüş orta çəkidə İkram Ələsgərov ilə Bruno Ferreyra arasındadır: bu qarşılaşma artıq "Sherdog"un bazasında(qarışıq döyüş növləri üzrə ixtisaslaşmış məşhur onlayn platformadır – red) "Ultimate Fighting Championship Fight Night" turnirinin Bakı Kristal Zalında keçiriləcək kartının bir hissəsi kimi göstərilib. Ələsgərov döyüşə 17-2, Ferreyra isə 15-3 göstərici ilə yanaşır.

Bununla yanaşı, Bakı gecəsi ətrafında daha bir səs-küylü qarşılaşma da gündəmə gəlməyə başlayıb. MMA üzrə ixtisaslaşmış mənbələrin məlumatına görə, Şarabuttin Maqomedov Mixail Pereira ilə döyüşə bilər. Lakin hazırda bu barədə UFC tərəfindən rəsmi təsdiq yoxdur. Maqomedov üçün bu variant məntiqli görünür: daha əvvəl onun meneceri bildirmişdi ki, növbəti döyüş ABŞ-dan kənarda keçiriləcək, çünki döyüşçünün lisenziyalaşdırma ilə bağlı müəyyən məhdudiyyətləri var.

Hazırkı formaya baxsaq, hər iki potensial qarşılaşma kifayət qədər maraqlı görünür. Pereyra 2026-cı ilin fevralında Zekari Riz üzərində hakimlərin bölünmüş qərarı ilə qələbə qazanıb, Maqomedov isə sonuncu dəfə 2025-ci ilin iyulunda oktaqona çıxıb. O zaman o, karyerasındakı ilk məğlubiyyətin əvəzini Mark Andre Barriault üzərində qələbə ilə çıxaraq rekordunu 16-1-ə çatdırıb. Ferreyra isə əksinə, bu yaxınlarda UFC turnirlərindən birində döyüşüb və Qriqori Rodriqesi nokautla uduzub. Bu səbəbdən iyun ayında qayıdış onun üçün karyerasını yenidən uğurlu istiqamətə yönəltmək imkanı olacaq.

Xatırladaq ki, UFC-nin Azərbaycanda ilk turniri 2025-ci ilin iyununda keçirilib və bu, promouşenin ölkəyə debüt səfəri olub. Həmin vaxt Bakı Kristal Zalda azarkeşlər Rafael Fizievin İqnasio Bahamondes üzərində, Nazim Sadıxov isə Nikolas Motta üzərində qələbəsini izləyiblər. Tofiq Musayev isə UFC-də debütündə Mıktıbek Orolbaya məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:16

Kikboksçularımız Daşkənddə 38 medal qazandılar - FOTO

Futbol
Bu gün, 13:09

Araz-Naxçıvanın mərkəz müdafiəçisi İssuf Paro Qəbələ ilə matçda iştirak edə bilməyəcək

Qarabağ FK
Bu gün, 13:00

VIII tur üçün rəmzi komanda: Sabahdan 3, Neftçidən 2, Qarabağdan 1 futbolçu

Futbol
Bu gün, 12:54

Karolina Reyna U-17 dünya çempionatında qələbə qazandı

Futbol
Bu gün, 12:53

Erik ten Hag: Ronaldo komandamızı məyus etdi

Şahmat
Bu gün, 12:52

Şirvan Open 2026 Beynəlxalq Şahmat Festivalı Açıldı

Futbol
Bu gün, 12:50

I Liqa: Binə Stadionunda Şahdağ Qusar – Səbail qarşılaşması

Digər
Bu gün, 12:40

“Borussiya”nın qapıçısı “Sabah”la matçda nəyə təəssüfləndi?

Digər
Bu gün, 12:37

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Digər
Bu gün, 12:33

“Sabah”la oyunda iki qol vuran futbolçu: “Bu qələbə bizim üçün çox vacib idi”

Digər
Bu gün, 12:32

"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq

Digər
Bu gün, 12:18

NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Digər
Bu gün, 12:03

“Borussiya”nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - ÖZƏL AÇIQLAMA

Futbol
Bu gün, 12:00

Futbolçu iki qol vurdu: "Qələbələr asan deyil"

Digər
Bu gün, 11:48

Azərbaycanda 200-ə yaxın idmançının tarixindən bəhs edən kitab təqdim olunacaq

Digər
Bu gün, 11:40

Çempionlar Liqsında son 66 ilin rekordu qeydə alınıb

Digər
Bu gün, 11:24

1,2 milyon avroluq büdcədən Çempionlar Liqasına: “Sabah”ın prezidenti uğurun sirlərini açıqladı

Digər
Bu gün, 11:20

Matteo Politano "Napoli"nin tarixinə düşdü

Digər
Bu gün, 11:11

Azərbaycanlı SSRİ çempionu Firudin Qurbanovun 80 yaşı tamam olur

Futbol
Bu gün, 11:00

Sinan Engin 'Fenerbahçe'ni sərt tənqid etdi, 'Sabah'ı nümunə göstərdi!

Digər
Bu gün, 10:47

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb;

Digər
Bu gün, 10:40

Kvaratsxeliya zədə səbəbindən 9 aya qədər sıradan çıxa bilər

Digər
Bu gün, 10:39

“Kotbus mənim üçün əsl əfsanəyə çevrilir” - Selcan Mahsudovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Digər
Bu gün, 10:24

AFFA-nın sabiq Hakimlər Komitəsinin sədrinə Türkiyədə vəzifə verildi

Oxşar xəbərlər