top
Azərbaycan MMA Federasiyası prezidenti UFC Fight Night turnirinin yüksək təşkilatçılığını qeyd edib Report.az
23 iyun 2025, 14:15
- ↺ +

Azərbaycan MMA Federasiyası prezidenti "UFC Fight Night" turnirinin yüksək təşkilatçılığını qeyd edib

Azərbaycanda "UFC Fight Night" turniri yüksək səviyyədə təşkil olunub.

Bunu "Report"a Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bildirib.

O, azərbaycanlı döyüşçülərdən Nazim Sadıxov və Rafael Fiziyevin gözlənildiyi kimi çıxış etdiyini və qələbə qazandıqlarını vurğulayıb:

"Nazim Sadıxov və Rafael Fiziyev haqqında necə fikirləşmişdiksə, elə də oldu. Yalnız Tofiq Musayev problem yaşadı, gözlənilmədən uduzdu. O, güləşdə rəqibinə məğlub oldu. Hər birimiz döyüşlərdə uduzmuşuq və ya qələbə qazanmışıq. Lakin uduzmaq zəiflik deyil. Tofiqin hələ qarşıda döyüşləri və müqaviləsi var. İnşallah, özünü təsdiq edər və bizi sevindirər. Təcrübəli idmançıdır, bunu özü də anlayır. Əslində Tofiq döyüşdən imtina edə bilərdi. Çünki rəqibi əvvəlcədən razılaşdırılandan daha artıq çəki ilə gəlmişdi. Lakin mərdlik göstərdi və vuruşdu. Sübut etdi ki, onun üçün rəqibin durumunun fərqi yoxdur. Nazimin döyüşü də maraqlı oldu. Həmçinin Rafaelə böyük diqqət göstərilirdi. Təbii ki, Azərbaycan təmsilçilərinə, onların hər bir hərəkətinə, xırdalıqlara fikir verirdik. Səhv buraxmamalarını və qələbə qazanmalarını istəyirdik. Hər ikisi ilə bağlı gözləntilər özünü doğrultdu və qələbə qazandılar".

Qurum rəhbəri Camal Hill və Halil Rountri arasında baş tutan gecənin əsas döyüşü haqqında da danışıb:

"Tofiq haqqında dediyim kimi, digər idmançılar da oxşar situasiyalarla üzləşə bilərlər. Məsələn, idmançı amerikalıdırsa, saat fərqi rol oynaya bilər. Uyğunlaşma olmalıdır. Düzdür, düşünə bilərik ki, 10 gündür Bakıdadırlar. Ancaq onların uyğunlaşıb-uyğunlaşmadıqlarını bilmək olmaz. Bəlkə fikirləri yayınıb. Çünki həmin idmançıları tanımırıq. Onları daha yaxşı tanıyanlar dəqiq fikir bildirə bilərlər. Bəlkə də döyüş tərzləri belədir. Üstəlik, yaşlandıqca fiziki durumda dəyişiklik ola bilər. Birini pisləyib digərini tərifləyə bilmərik".

Federasiya rəhbəri hakimlərlə bağlı düşüncələrini də bölüşüb:

"Rusiyalı Taqir Ulanbekovla qazaxıstanlı Maksum Azatın döyüşünə toxunmaq istərdim. Fikrimcə, Azat rəqibindən daha fəal və üstün idi. Təbii ki, bu, şəxsi fikrimdir. Hakimlər öz düşüncələrinə görə qərar veriblər. İdmanda olduğum üçün deyirəm, mən qələbəni qazaxıstanlı döyüşçüyə verərdim. Döyüş başabaş gedirsə, kim daha fəal və hərəkətlidirsə, hansı idmançının zərbələri güclüdürsə, qələbə də ona veriməlidir. Düşünürdüm ki, Qazaxıstan idmançısı qalib gələcək. Qələbənin nə üçün rusiyalı idmançıya verilməsi mənə qaranlıq qaldı".

O, "UFC Fight Night" turnirinin təşkilatçılığını yüksək qiymətləndirib:

"Yarışla bağlı təəssüratlarım ümumilikdə çox gözəldir. Təşkilatçılar hər xırdalığa fikir vermişdilər. Ab-hava gözəl idi. Zala minlərlə insan gəlmişdi. Həmçinin təşkilatçılıq yüksək səviyyədə idi. Həqiqətən Azərbaycanda belə yarışlar zamanı təşkilatçılıq yüksək olur. Xaricdən gələn elə bir şəxs ola bilməz ki, buradan narazı getsin. Azərbaycan həqiqətən təşkilatçılığı ilə dünyaya səs salır. Bu həm də ölkəmiz üçün bir reklamdır".

Qeyd edək ki, Bakı Kristal Zalında baş tutan "UFC Fight Night" turnirində Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Oxşar xəbərlər