top
Azərbaycan karateçiləri Avropa çempionatında 1 qızıl və 5 bürünc medal qazanıblar Idman.biz
25 may 2026, 00:37
- ↺ +

Azərbaycan karateçiləri Avropa çempionatında 1 qızıl və 5 bürünc medal qazanıblar

Almaniyanın Frankfurt şəhərində 61-ci WKF Avropa Çempionatı başa çatıb.

İdman.Biz Azərbaycan Karate Federasiyasınınmətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-24-də keçirilən yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb.

Avropa çempionatı Azərbaycan karateçiləri üçün uğurlarla yadda qalıb. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq, WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb.

Digər təmsilçimiz İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal əldə edib.

Parakarate üzrə çıxış edən idmançılarımız - Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları olublar.

Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda yarışlarında bürünc medal qazanaraq ölkəmizə növbəti uğuru bəxş edib. Komandanın heyətində Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.

Kişilərdən ibarət yığma komandanın bəzi üzvləri medalın bir addımlığında olsalar da, bu dəfə fəxri kürsüyə yüksələ bilməyiblər.

Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşıb və bu nəticə ölkə karatesinin beynəlxalq arenada inkişafının növbəti göstəricisi kimi qiymətləndirilib.

Qeyd olunur ki, çempionat çərçivəsində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda karatenin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda dünya şöhrətli yapon karate ustası, doqquzuncu dan qara kəmər sahibi Şixan Kaqava ilə də görüş olub, karate sahəsində təcrübə və inkişaf perspektivləri müzakirə edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 13:40

"Xilasedici" CEV Çempionlar Liqasında "Sportinq"ə qarşı mübarizəyə başlayır

Futbol
Bu gün, 13:26

UEFA Çempionlar Liqasının 4-cü turu: Doqquz qarşılaşma, favoritlər və tarixi rekordlar

Futbol
Bu gün, 13:20

Manchester United, Unai Emery'i potensial baş məşqçi kimi nəzərdə tutur

Futbol
Bu gün, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Futbol
Bu gün, 13:00

Mahmud Qurbanov: "Kəpəz"in uğurlarında azarkeşlərinə dəstəyinin birbaşa rolu var

Futbol
Bu gün, 12:58

AFC 2027-ci il Asiya Kubokunun yeni tarixini 23 dekabr 2027 - 21 yanvar 2028 müəyyən etdi

Basketbol
Bu gün, 12:51

LeBron Ceyms Azarkeşlə Toqquşaraq Onun Şərabını İçdi – VİDEO

Futbol
Bu gün, 12:26

AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq, Samuel Nonqoh'u 1 oyunluq cəzalandırıb

Futbol
Bu gün, 12:26

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Vikinq"in iki bərabərhüquqlu baş məşqçisi diqqət çəkir

Futbol
Bu gün, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi;

Qarabağ FK
Bu gün, 12:17

"Qarabağ" klubu 3000 manat pirotehnika, 1500 manat ad yazımı üçün cərimələnib

Qarabağ FK
Bu gün, 12:17

«Qarabağ»ın sabiq qapıçısı Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətində

Futbol
Bu gün, 12:01

Arif Əsədov "Sabah"ın Viking üzərində səfərdə xal qazanacaacağını əminliklə bildirir

Digər
Bu gün, 12:00

Liverpul

Futbol
Bu gün, 12:00

Kəpəz futbolçuları Şəfa üzərində qələbəyə görə 1300 manat mükafat alıb

Futbol
Bu gün, 11:50

Azərbaycan Premyer Liqasında "Neftçi" – "Kəpəz" matçının biletləri 2 manatdan satışa çıxarıldı

Basketbol
Bu gün, 11:50

Dreymond Qrin NBA matcında rəqiblərlə münaqişəyə girərək meydandan qovuldu

Futbol
Bu gün, 11:42

Mbappe, TCuameninin azarkeşin başına çarpan sövqünü təsdiqlədirdi: 'O, səhv atır!'

Futbol
Bu gün, 11:41

Onana Türkiyə Super Liqasında ən yaxşı qapıçıdır

Futbol
Bu gün, 11:40

Mançester Yunayted azarkeşi olan model Maykl Kerrikin uğursuzluğuna qarşı sosial mediada növbəti aksiyaya başlayıb

Futbol
Bu gün, 11:38

Mahir Əmreli "Rakuvin" məhsuldar ötürməsi ilə qələbasına töhfə verdi

Futbol
Bu gün, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Futbol
Bu gün, 11:21

Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram

Futbol
Bu gün, 11:14

Liverpulun hücumçusu Uqo Ekitike 750 min avro dəyərində unikal Lamborghini Revuelto sənədxən

Oxşar xəbərlər