Luka Uilyams-Barnett londonluların qələbəsinin əsas qəhrəmanı olub
"Tottenhem" İngiltərə Premyer Liqasının 11-ci turunda "İpsviç"i (2-0) məğlub edib və oyunun ulduzu London klubu akademiyasının 18 yaşlı yetirməsi Luka Uilyams-Barnett olu.b
Lent.az xəbər verir ki, ingilis futbolçu Premyer Liqa oyununda ilk dəfə start heyətində meydana çıxıb və 15-ci dəqiqədə hesabı açıb və ikinci hissənin əvvəlində Dominik Solanke üçün qol fürsəti yaradıb.
"Tottenhem"in rəsmi saytına görə, 18 yaş 51 günlük olan Uilyams-Barnett Premyer Liqa tarixində eyni oyunda qol vuran və məhsuldar ötürmə edən ikinci ən gənc oyunçu olub. Yalnız Maykl Ouen 17 yaş 364 günlük olanda daha gənc olub.
"Sky Sports"un yenilənmiş məlumatına görə, Uilyams-Barnettin məhsuldar ötürməsi rəqib qapıçıya toxunduğu üçün rəsmi olaraq ləğv edilib.
Lakin, bu nailiyyət olmasa belə, gənc ingilisin çıxışı xüsusi diqqətə layiqdir.
Ouen 17 yaşında İngiltərəni necə fəth edib
Maykl Ouenin tarixi uğuru 1997-ci il dekabrın 13-nə - 18 yaşı tamam olandan bir gün əvvələ təsadüf edir.
"Liverpul" səfərdə "Kristal Pelas" komandasını 3-0 hesabı ilə məğlub edib və gənc hücumçu 55-ci dəqiqədə komandasının ikinci qolunu vurub və cəmi altı dəqiqə sonra norveçli Eyvind Leonardsenə məhsuldar ötürmə edib.
O vaxta qədər Ouen artıq İngiltərə futbolunda özünü təsdiq etmişdi. 1997-ci ilin may ayında, cəmi 17 yaş 143 günlüyündə Premyer Liqada debüt oyununda "Uimbldon"a qarşı qol vurub.
Onun spnrakı karyerası sürətlə inkişaf edib:
• 18 yaş 62 günlüyündə "Şeffild Uensdey" komandasına qarşı het-trik edərək Premyer Liqa üçün yaş rekordu qırıb;
• 18 yaş 314 günlüyündə "Nottinqem Forest" komandasına qarşı bir oyunda dörd qol vurdu;
• 1997/98 və 1998/99 mövsümlərində ardıcıl iki dəfə Premyer Liqanın "Qızıl buts" mükafatını qazanbı, hər mövsümdə 18 qol vurub;
• 18 yaşında Argentinaya qarşı məşhur qolu vuraraq 1998-ci il Dünya çempionatında İngiltərə komandasının ən böyük ulduzlarından birinə çevrilib;
21 yaşında "Qızıl top" mükafatının qalibi olub.
Ouen Premyer Liqada 100 qol vuran ən gənc oyunçu olaraq qalır və bu mərhələyə cəmi 23 il 133 günlüyündə çatıb.
Luka Uilyams-Barnett kimdir?
Gənc ingilis 2008-ci il oktyabrın 1-də Lutonda anadan olub və doqquz yaşında "Tottenhem" akademiyasına qoşulub.
Klassik hücumçu olan Ouendən fərqli olaraq, Vilyams-Barnett cinahlarda da oynaya bilən hücumameylli yarımmüdafiəçidir. Onun güclü tərəflərinə driblinq, sürət, uzaq məsafədən atışlar və komanda yoldaşları üçün qol şansları yaratmaq bacarığı daxildir.
Hətta gənclər səviyyəsində belə, ingilis baxımlı qol vurma bacarığı nümayiş etdirib. 2025-ci ilin dekabr ayında o, hətta UEFA Gənclər Liqasında Praqanın "Slaviya" komandasına qarşı bir oyunda beş qol vurub.
2025-ci ilin sentyabr ayında Vilyams-Barnett "Tottenhem"in əsas komandasında debüt edbi və İngiltərə Liqa Kuboku tarixində klubun ən gənc oyunçusu olub.
O, hazırda həmçinin "Tottenhem"in Premyer Liqada ən gənc üç qol vuran oyunçusu arasında yer alır:
• Endi Terner – 17 il 166 gün;
• Qaret Beyl – 18 il 47 gün;
• Luka Vilyams-Barnett – 18 il 51 gün.
Beləliklə, gənc ingilisə bu göstəricidə əfsanəvi uelsli oyunçunu ötmək üçün cəmi bir neçə gün çatmayıb.