Dieqo Simeone İspaniya La Liqasında baş məşqçi kimi ən çox qələbə qazanan mütəxəsis olub.
13-cü turda "Atletiko"nun "Xetafe"ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda argentinalı çalışdırıcı İspaniya çempionatında 345-ci qələbəsinə sevinib. Simeone bu göstərici ilə 344 qələbəsi olan Luis Araqonesi geridə qoyaraq rekord müəyyənləşdirib.
Qeyd edək ki, 2011-ci ildən "Atletiko"ya rəhbərlik edən Dieqo İspaniyada yalnız bu klubda baş məşqçi işləyib.