"Barselona" İspaniya çempionatının 13-cü turunda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib. Qonaqlar matçın ilk 7 dəqiqəsində iki qol vursalar da, üstünlüklərini qoruya bilməyiblər.
"Vilyarreal"ın yarımmüdafiəçisi Santyaqo Komesanya qarşılaşmadan sonra rəqib komandanın və "Real" Madridin hakimlərə təzyiq göstərdiyini iddia edib.
İdman.Biz xəbər verir ki, o bu barədə "Derbyderbyderby" portalına açıqlamasında bildirib.
Komesanya 76-cı dəqiqədə əvəzlənib. Onun yerinə fil dişi sahilli futbolçu Nikolas Pepe meydana daxil olub.
"Matça çox yaxşı başladıq. Bu stadionda ilk 6 dəqiqədə iki qol vurduqdan sonra bizi çətin oyunun gözlədiyini anlayırdıq. Buna baxmayaraq, ikinci hissənin əvvəlinədək inamlı çıxış etdik və özümüz də qol imkanları yaratdıq. Ancaq "Real" və "Barselona" kimi komandalarla qarşılaşanda onların hakimlərə təzyiq göstərdiyini bilirsən", – deyə futbolçunun sözlərini derbyderbyderby.it nəşri sitat gətirib.
Qeyd edək ki, "Vilyarreal" turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.